SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı tədqiqat yoxdur

24-01-2019, 11:53 | Oxunub: 12 766 |

Azərbaycanda Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı tədqiqat yoxdur

Azərbaycanda İmadəddin Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı, dövrün tələbinə cavab verən monoqrafik tədqiqat yoxdur. Görülən yaxşı işlər isə səpələnmiş məqalələr halındadır.

Emtv.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Aida Qasımova qeyd edib. O bildirib ki, son vaxtlar Qərb şərqşünaslığında və Türkiyədə bu sahədə xeyli işlər görülüb:“Orxan Mir-Qasımov, Şahzad Bəşir, Fatih Usluər, Mustafa Ünverin əsərləri xüsusi qeyd edilməlidir. Usluərin “Cavidan-namə”nin türk dilindəki tərcümə variantını nəşr etdirməsi təqdirəlayiqdir. “Hürufilik” əsəri də dəyərli tədqiqatdır. Mən xüsusilə Orxanın və Şahzadın yazılarını çox bəyənirəm. Orxan “Sözün qüvvəti, orta əsr islam dövründə şiəçilik və sufizm arasında hürufi təlimi” (“Words of Power, Hurufi Teachings Between Shi'ism and Sufism in Medieval Islam”) əsərində hürufiliyin bir sıra nəzəri məsələlərini əks etdirib. Şahzad Bəşir (Stənford professoru) problemə tarixilik baxımından yanaşır. Onun “Fəzlullah Astarabadi və hürufilik” əsəri hürufiliyin meydana gəlməsini, Fəzlullah Astarabadinin fəaliyyətini və hürufilik təlimini öyrənmək üçün dəyərli mənbədir.Professor Matt Melvin-Kouşkinin bəzi yazılarında da hürufiliklə bağlı məsələlər əks olunub. Maykl Reinxard Almaniyada Nəsimi divanının nəşri və tədqiqi ilə bağlı işlər görüb”.

Amerikalı tarixçi Patrisia Kronun “Erkən İran İslam Respublikasının nativist liderləri: kənd üsyanı və lokal zərdüştlük” (“The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt And Local Zoroastrianism”) əsərində də hürufiliklə bağlı bəzi məsələlərin yer aldığını bildirən Aida Qasımova bu kitabların tərcümə edilməsinin çox vacib olduğunu qeyd edib:

“Bütövlükdə bu əsərdə Babək hərəkatı, onun qaynaqları, islamda bidətçiliklə bağlı məsələlərə geniş yer ayrılıb. Ya Azərbaycan alimləri ingilis dilini öyrənməli, ya da bu kitablar Azərbaycan dilinə tərcümə edilməlidir”.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR