17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov Bu Gün Şəhid Ailələri İlə Görüş Keçirmişdir-FOTOLAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, İraq-Türkmən Yazarlar Birliyinin, AJB və AYB-nin üzvü, tanınmış yazar-publisist, xeyriyyəçi Faiq Əhmədov bu gün bir qrup şəhid ailələri ilə birliyin baş ofisində görüş keçirmişdir.
Emtv.az xəbər verir ki, bu barədə məlumatı mətbuata "Azərbaycanın Səsi" İctimai Birliyinin İctimaiətlə əlaqələr şöbəsinin müdiri İlahə xanım Məmmədova vermişdir.
Qeyd olunur ki, görüş zamanı Vətən uğrunda şəhid olan övladlarımızın ruhuna salavat zikir olunmuşdur.
Daha sonra onlarla birlikdə çay süfrəsi arxasında söhbət edən "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədov şəhid ailələrinin problemlərini dinləmiş və qeyd etmişdir ki, xeyriyyəçilik, ehtiyacı olanlara yardım mövzusunda cəmiyyətimizin məhz ziyalı təbəqəsinin digərlərinə də örnək olması xüsusilə vacib bir məqamdır.
Elə bu səbəbdən də, "Azərbaycanın Səsi" İctimai Birliyi olaraq, qarşıdan gələn xalqımızın sevimli bayramlarından biri olan Novruz bayramı münasibətilə əlimizdən gələn köməkliyi sizlər üçün əsirgəməyəcəyik.
Faiq müəllim, görüş zamanı şəhid ailələrinə bildirmişdir ki, sizin övladlarınız təkcə torpaqlarımız uğrunda deyil, eyni zamanda da Azərbaycan Xalqının Namusu Qeyrəti uğrunda şəhid olublar.
Ona görədə siz təkcə Azərbaycan Xalqının deyil, eyni zamanda da dövlət başçımız cənab İlham Əliyevin hər zaman diqqət və qayğısı ilə əhatə olunursunuz.
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədov şəhid ailələri ilə görüş zamanı onu da qeyd etmişdir ki, qurumun İdarə Heyəti tərəfindən bu il Novruz bayramı münasibətilə 134 şəhid, qaçqın və məcburi köçkün ailələrinə, əlil və sadəcə imkansız insanlara bayram sovqatlarının verilməsi barədə qərar qəbul edilmişdir.
Tədbirin sonunda "Azərbaycanın Səsi" İctimai Birliyinin kollektivi Şəhid ailələri ilə birlikdə xatirə şəkilləri çəkdirmişdilər.
Sevinc Əlimova,
Emtv.az