SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

5-11-2022, 00:38 | Oxunub: 32 235 |



“Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədovun rəhbərliyi ilə təşkilatın üzvləri “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün bölgələrdə vətəndaşlarla ictimai görüşlərini davam etdirir.


Emtv.az xəbər verir ki, İctimai Birliyin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 5 noyabr 2022- ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu Mingəçevir şəhərinə səfər etmişdir.

Layihə çərçivəsində Mingəçevir şəhər Bələdiyyəsinin Akt zalında, fəaliyyət planına uyğun olaraq, sonuncu ictimai müzakirə təşkil edildi.

Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, rayon sakinləri, o cümlədən “Sosial Dövlət Naminə” İctimai Birliyin Mingəçevir şəhər təşkilatının sədri, şəhid Ərzuman Osmanovun atası Kamran Osmanov, İctimai Birliyin Qadınlar Şurasının sədri, şəhid Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva, həmçinin QHT-nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri, digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğlu açaraq iştirakçıları salamladıqdan sonra, Dövlət himni səsləndirildi. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək şəhid olmuş Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Rauf İlyasoğlu “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədovun rəhbərliyi altında çapa hazırlanmış "Azərbaycan sosial dövlətə doğru" layihəsindən və özünün də redaktoru olduğu, iştirakçılara paylanılan məlumatlandırıcı kitabdan, bukletdən, eləcə də vətəndaşlara göstərilən hüquqi xidmətlərdən danışdı.

Daha sonra çıxış üçün söz təşkilatın sədri Faiq Əhmədova verildi. “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədov tədbir iştirakçılarını salamladı. Natiq bildirdi ki, onun və komandasının Mingəçevir səfərləri əlamətdar hadisələrə - şəhərin yaranmasının 74-cü ildönümünə, eləcə də Zəfər Bayramına, YAP-ın 30 illik yubileyinə, Bayraq və Konstitusiya Günlərinə təsadüf etdiyindən xalqımızı, mingəçevirliləri təbrik etdi.

Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini xüsusi vurğulayan çıxışçı dövlət başçımızın 44 günlük Vətən müharibəsi zamanı tarixi xidmətlərini yada saldı, xalq dövlət birliyinin sarsılmaz birliyini alqışladı. Faiq Əhmədov daha sonra çıxışında təmsil etdiyi QHT-nin geniş fəaliyyəti haqqında, vətəndaş - dövlət münasibətləri istiqamətində bu günə qədər gördükləri işlərlə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Faiq Əhmədov söylədi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən layihə çərçivəsində müxtəlif istiqamətlərdə apardıqları fəaliyyət növlərinin ictimai əhəmiyyəti yüksəkdir.

Şəhid və qazi ailələrinin üzvləri qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları xüsusi qabardan çıxışçı bu yöndə dövlət başçımız İlham Əliyevin sosial siyasətini dəstəkləyərək təşkilatın “Azərbaycan sosial dövlətə doğru" layihəsi barədə, eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə də geniş bilgilər verdi.

Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyin Mingəçevir şəhər təşkilatının sədri Kamran Osmanov, Qadınlar Şurasının sədri Saqibət Xankişiyeva, iki oğlu şəhid olan, Musa və Tural Həsənovun anası Nəhayyət Həsənova, şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov, hüquqşunas Qənimət Hüseynov, Vətən müharibəsi qazisi Namiq İbrahimli, şəhid Nizami Abbasovun həyat yoldaşı İradə Abbasova, şəhid Əli Rzayevin anası Kamilə Rzayeva çıxış edərək “Sosial Dövlət Naminə” İctimai Birliyinin hazırladıqları marifləndirici nəşrlərin hər kəsin stolüsü kitabı olacağını vurğuladılar və həlli vacib olan bir çox problemin həllində bəzi məmurların biganəliyindən danışdı.

Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov və sədr müavin Rauf İlyasoğlu şəhid ailələrinə, qazilərimizə və şəhər sakinlərinə vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin, yaradılan şəraitdən faydalanma yolları haqqında geniş məlumatları iştirakçıların diqqətinə çatdırdılar, onları maraqlandıran suallara ətraflı cavab verərək qeyd etmişdilər ki, həlli vacib məsələlərin tezliklə həll olunması üçün əllərindən gələn köməklikləri əsirgəməyəcəklər.

Tədbirdə layihə üzrə 50 nəfər vətəndaşın iştirakı nəzərdə tutulsa da, 200-nəfərə yaxın şəhər sakini iştirak edirdi. Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə döğru” mövzusunda layihəsi geniş ictimaiyyətə təqdimatı ardıcıl aparılmışdır.


İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri

























































OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR