SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

HAFİZ MƏMMƏDOVUN BU ƏMLAKLARI MÜSADİRƏ OLUNDU - 55 milyonluq kredit borcuna görə…

4-07-2019, 02:02 | Oxunub: 26 586 |

HAFİZ MƏMMƏDOVUN BU ƏMLAKLARI MÜSADİRƏ OLUNDU - 55 milyonluq kredit borcuna görə…

Quba Olimpiya Kompleksi də “Hafka”nın mülkiyətindəymiş!

İş adamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb. Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.
AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.



55 milyonluq kredit borcu


Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.



Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi – Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır.Hüquqi səhmdar isə “NEM Holding”dir.

“Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb”, – AzadlıqRadiosu-na bildirilib.

Mərkəzi Bankın iddia ərizəsində Qubada – Bakı-Quba yolunun 4-cü kilometrliyində yerləşən 15.7 min kvadrat metrlik kompleksin də müsadirəsindən söhbət gedir.

Bu göstəricilərə görə, həmin ünvanda yerləşən əmlak Quba Olimpiya Kompleksidir. Kompleksin mülkiyyət hüququ da “Baghlan Trading”ə məxsusdur.

Əmlaklar açıq hərraca çıxarılacaq


Məhkəmə qərar verib ki, yuxarıda göstərilən əmlakları “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu açıq hərracda satsın. Satışdan əldə olunan vəsait bankın sözügedən üç kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun ödənilməsinə yönəldilsin.



Ancaq müsadirə olunan əmlak sahibləri məhkəmənin qərarıyla razılaşmır. Şikayətlərində də göstəriblər ki, Mərkəzi Bank iddia tələbini onlara yox, “Bank of Azerbaijan”ın ləğvedicisinə – Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməli idi: “Məhkəmə də Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərməliydi. Müəyyənləşdirməliydi ki, bankın cari aktivləri həqiqətən də mübahisə olunan kredit borclarının ödənilməsi üçün kifayət edir, yoxsa yox”.

“Bank of Azerbaijan” ASC-nin lisenziyası Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv olunub. Qərarda göstərilib ki, bank “məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib – məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olub, kreditorlar qarşısında öhdəliklər icra olunmayıb, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib”.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR