SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

24-12-2022, 20:17 | Oxunub: 10 080 |

Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

Məktubda deyilir!

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev!


Sizi, ad gününüz münasibəti ilə öz adımdan və rəhbərlik etdiyim "Sosial Dövlət Naminə" İctimai Birliyin üzvləri adından səmimi-qəlbdən təbrik edirəm.

Sizə uzun ömür, möhkəm can sağlığı, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması istiqamətində atacağınız bütün addımlarda uğurlar arzulayıram.

Zati-aliləri!

Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir dövlət xadimisiniz. Şərəfli ömrünüz dövründə və rəhbərliyiniz altında vətənimizin 30 ilə yaxın bir müddət ərzində 20 faiz torpağının erməni işğalçılarından azad olunması üçün hazırlaşan qəhrəman hərbiçilərimizin qanı və misilsiz igidlikləri ilə azad edilmiş torpaqlarımızın geri qaytarılması, möhtəşəm Qələbə ilə əvəzləndi.

Bu savaş bizə təkrarən o reallığı anlatdı ki, xalq birləşəndə, həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən uğurla gələ bilir. Eyni zamanda, 44 günlük Vətən Müharibəsi dönəmində hərbi qələbəmizi əlimizdən almağa çalışanların - regionda qalıcı sülhə mane olmaq istəyən xarici təhdid və təzyiqlərin qarşısında necə mətanətlə müqavimət göstərməyinizin canlı şahidi oluruq.

Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan, eləcə də işğaldan azad edilmiş Qarabağımız Sizin rəhbərliyinizlə bütün sahələrdə, o cümlədən sosial-iqtisadi inkişaf yolunda ardıcıl və dinamik surətdə irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirilir. Zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, dövlətimizin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır və günü-gündən qüdrətli dövlətə çevrilir.

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Sizi bir daha ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm və Uca Yaradandan uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, çətin, lakin şərəfli, ali dövləti fəaliyyətinizdə isə böyük uğurlar diləyirəm.

Ulu Tanrı Sizi xalqımıza, dövlətimizə çox görməsin!

Dərin hörmət və ehtiramla,

Faiq Əhmədov,
"Sosial Dövlət Naminə"
İctimai Birliyinin sədri


24.12.2022

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR