SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20-08-2023, 19:44 | Oxunub: 20 034 |



Prezident cənab İlham Əliyev: “Azərbaycan sosial dövlətdi və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir...”

“Sosial Dövlət Naminə” İctimai Birliyinin Yasamal rayon təşkilatında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2023-ci il kiçik qrant müsabiqəsi”çərçivəsində qalib elan olunmuş, “Sosial Dövlət Naminə” İctimai Birliyinin "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" üçaylıq layihəsi 01 iyul 2023-cü il tarixindən həyata keçirilməsi ilə əlaqədar iclas keçirilib.

Sosialdovlet.az xəbər verir ki, bu gün 10 iyul 2023-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov çıxışını Prezident cənab İlham Əliyevin “Azərbaycan sosial dövlətdi və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir...” fikri ilə başlayaraq, layihə çərçivəsində görüləcək işlər haqda yerli mətbuata açıqlama verib.

Faiq müəllim bildirib ki, 30 illik işğal altında qalan torpaqlarımızın azad edilməsi, şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə dövlətimizin ayırdığı diqqət və qayğı nəticəsində son illər bu istiqamətdə əsaslı nəticələr, dəyişikliklər baş versə də, hələ də arzu olunan səviyyədə deyildir. Həssas qrup nümayəndələri, qazilərimiz, müharibə veteranları, sağlamlığını itirmiş şəxslər, iş qabiliyyəti olmayanlar, həmçinin, onların ailə üzvlərinin bir çoxları imtiyazılarını bilmir, dövlətimizin qayğı və himayəsinə sığınmağın rəsmi yolları ilə tanış deyillər. Bu sahədə ciddi təbliğat və maarifləndirməyə ehtiyac duyulur. Rayon və kəndlərimizdə yaşayan həssas insanlar paytaxt Bakıdakı mərkəzi icra strukturlarına müraciət etmədən də yaşadıqları ərazi üzrə yerli məmur və dövlət qurumlarının köməyi ilə qarşılaşdıqları irili-xırdalı problemlərini aradan qaldıra bilərlər. Bu yolları, imkanları geniş əhali qruplarına çatdırmaq üçün maarifçilik, təbliğat, geniş fəaliyyət planına ehtiyac duyulur. Ölkəmizdəki quruculuq və abadlıq işlərinin aparılması, vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi istiqamətində atılan ciddi addımlar özünü doğrultmaqdadır. QHT-lərin də Azərbaycan Respublikasında həssas əhali qruplarına ünvanlanmış rəsmi sosial-humanitar siyasətin təbliğatını aparmasına ehtiyac duyulur ki, bu layihənin də əsas prioriteti məhz budur.

Daha sonra Faiq Əhmədov qeyd etmişdir ki, rəhbəri olduğu "Sosial Dövlət Naminə" İctimai Birliyi layihə çərçivəsində 372 ədəd maarifləndirici kitabça (322 ədədi büdcədən nəzərdə tutulmuş, 50 ədəd isə daxili imknlar hesabına), eyni zamanda paralel olaraq, Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi ilə əlaqədar regionlarda həyata keçirəcəkləri "Heydər Əliyev – 100 İl” - “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərə şəxsi büdcələri hesabına Türkiyədən alınan, üzərində Ümummilli Lider Heydər Əliyevin şəkli olan 1000 ədəd köynək, 450 medal, fəxri diplomlar, xüsusi ölçüdə hazırlanmış baner və s. sosial maarifləndirmə işinin bir hissəsi kimi qiymətləndirilə bilər. Biz Ulu Öndər Heydər Əliyevin sosial sahədəki ardıcıl iş prinsipini və dövlətçilik uğurunu regionlarda gələcək nəsillərə çatdırmaq niyyətindəyik.

Həssas qruplara aid edilən şəxslərin, digər vətəndaşlarımız kimi sosial rifahı, həmişə ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdəndir. İnsanların firavanlığına istiqamətlənən bu iqtisadi-sosial daxili siyasət hər bir vətəndaşın, əngəlli insanların yaxşı yaşamasına, ölkəmizin daha da inkişafına səbəb olacaq. Əsas ideoloji məsələ bu uğurlu daxili siyasəti dəstəkləmək, geniş əhali kütləsi və həssas qruplara aid edilən şəxslər arasında yaymaqdır.

“Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği” layihəsinin əsas məqsədlərindən biri bu qrupa aid edilən şəxslərin hüquqi maariflənməsinə, yaradılan imkanların populyarlaşması üçün elektron KİV-lərdən istifadə ediləcək. Belə ki, sosial şəbəkələrdə maarifləndirmə materiallarının yayımlanması, bu istiqamətdə müxtəlif məlumatlandırma məhsullarının hazırlanması, yayımı planlaşdırılır.

Daha sonra İctimai Birliyin üzvlərindən sədr müavini yazıçı-publisist Rauf İlyasoğlu, İdarə Heyətinin üzvü, Vətən müharibəsi qazisi Saleh Hacıyev, təşkilatın Ağsaqqallar Şurası sədrinin müavini, BDU-nun müəllimi, yazıçı-publisist Süleyman Məmmədli, Nizami rayon qadınlar şurasının sədri Gülnarə Məmmədova, Birliyin Yasamal rayon təşkilatının sədri Vəfadar Abdullayev, II Qarabağ müharibəsinin şəhidi Elvin Dadaşovun xanımı, təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Dadaşova, Birliyin Qadınlar şurasının üzvü, ictimai fəal, şairə Nəzakət Cəlilova və başqaları söz alaraq çıxış etdilər.

Çıxışlar zamanı bildirildi ki, birliyin fəaliyyəti əsasən sosial sahələrdə vətəndaşların qarşılaşdıqları problemləri aradan qaldırmağa yönəlib. İndiyə qədər daxili imkanlar hesabına, Ümummilli Lider Heydər Əliyevin doğum gününə və anım gününə, 15 iyun Qurtuluş Gününə, Prezident seçkilərinə, Ramazan, Qurban və Novruz bayramına və bir çox digər əlamətdar günlərə həsr olunmuş xeyriyyə tədbirləri keçirib. 12 sentyabr 2017-ci il tarixindən başlayaraq bu günə qədər 2856 şəhid, qazi, əlil və digər aztəminatlı ailələrə ərzaq yardımları, sovqatlar təqdim olunub.

Ümummilli Liderimiz Heydər Əliyevin yenidən ikinci dəfə hakimiyyətə qayıdışı münasibətilə iyunun 10-dan başlayaraq öz daxili imkanları hesabına 15 iyun Qurtuluş Günü münasibətilə xeyriyyə aksiyası keçirərək 100 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.

Təşkilat, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-Vitse-Prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar “Biz birlikdə güclüyük!” xalqımıza etdikləri müraciətə qoşularaq, 18 mart - 15 sentyabr 2020-ci il tarixlərində 635 şəhid, qazi, əlil və digər aztəminatlı ailələrə onların müraciətləri əsasında, yaşadıqları ünvanlarında ərzaq yardımları paylanılıb.

İctimai Birliyin sədri Faiq Əhmədovun təşəbbüsü ilə II Qarabağ Vətən Müharibəsi zamanı döyüş bölgəsində olan Milli Ordumuzun hərbiçilərinə 1350 kq ərzaq yardımı aparılıb. Təşkilat “Dövlət strukturlarının rəsmi sorğularını cavablandırmağı” haqqındakı fərmanını əldə rəhbər tutaraq, respublikanın inkişafına maneçilik törədən neqativ halların araşdırılaraq aradan götürülməsi məqsədi ilə nazirlik, baş idarə və inzibati orqanların diqqətini vətəndaşların problemlərinə yönəldə bilib.

II Qarabağ - Vətən müharibəsi bitdikdən sonra 10 noyabr 2020-ci ildən başlayaraq, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də daxil olmaqla, 276 şəhid, qazi və əsgər ailələrinin sosial problemləri ilə yaxından maraqlanan QHT rəhbərliyi, onlara maddi-mənəvi dəstəyini əsirgəməyib. Sədr Faiq Əhmədov dəyəri 67.500 manat olan 3 (üç) otaqlı mənzilini də bir əsgər ailəsinə bağışlamış, eyni zamanda, 2 azyaşlı uşağın müalicə xərclərini və bir əsgər ailəsinin evinin təmir-tikinti işlərini də öz üzərinə götürmüşdür.

Tədbir daha sonra açıq müzakirə formasında davam etdirildi və müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, qeyd və təkliflər səsləndirildi.

Sonda söz alan “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov təşkilatın çoxsaylı üzvləri adından Prezident İlham Əliyev başda olmaqla, Birliyə diqqət ayıran Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, dərin təşəkkürlərini çatdırdı.

Emtv.az,
Aynurə Kərimli














OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR