SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi Vətəndaşlarla Dövlət Qurumları Arasında Yeni İmkanların Yaradılmasına Xidmət Edir-FOTOLAR

24-09-2022, 19:55 | Oxunub: 33 936 |



“Sosial Dövlət Naminə” İctimai Birliyi “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində Bakı şəhəridə daxil olmaqla regionlarda həyata keçirməy üçün təqdimat və müzakirələrə başlayıb.

Emtv.az “Sosial Dövlət Naminə” İctimai Birliyindən verilən məlumata istinadən xəbər verir ki, birliyin sədri Faiq Əhmədov “Azərbaycan sosial dovlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün regionlarda təqdimat və müzakirələrə başlayıb.

Sentyabrın 23-də “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri və “Azərbaycan sosial dovlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun rəhbərliyi ilə könüllülərdən ibarət layihə komandası, ictimai fəallar Bərdə Rayonuna səfər etmişdilər.

Layihə çərçivəsində Bərdə rayonundakı şəhid, milli qəhrəman Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbinin akt zalında, layihə fəaliyyət planına uyğun olaraq, ilk tədbir keçirilmişdir. Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid anaları və onların ailə üzvləri, digər kateqoriyadan olan vətəndaşlar iştirak etmişdilər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini Rauf İlyasoglu açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirilmiş və vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş cəmi şəhidlərimizə xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi.

Rauf İlysoğlu “Sosial Dövlət Naminə” İctimai Birliyin son iki ildə gördüyü əvəzsiz xidmətlərdən danışdı və sonra cixiş üçün sözü Azərbaycan Respublikası “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri, “Azərbaycan Sosial Dövlətə Doğru layihəsinin rəhbəri, şair-publisist Faiq Əhmədova vermişdir.

Hər zaman şəhid analarının, qazilərimizin yanında olan, onlara öz diqqət və qayğısını əsirgəməyən “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Faiq Əhmədov çıxış edərək birliyin gördüyü işlər barədə və eyni zamanda tədbirdə iştirak edən vətəndaşlara hədiyyə olunan məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə geniş məlumat vermişdir.

Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikası üzrə Qadınlar Şurasının sədr müavini, şəhid Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova, QHT-nin Bərdə rayon təşkilatının sədri Nərgiz xanım Cəfərova, İdarə Heyətinin üzvü Saleh Hacıyev və digər çıxışçılar söz alaraq qeyd etmişdilər ki, bu gün “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirtdiyi “Azərbaycan sosial dovlətə doğru” kiçik qrant layihəsi vətəndaşlar və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərin, sosial sahədə ölkədə görülən böyük işlərin, qəbul edilən proqramların, yeni imkanların, yaradılmasına xidmət edir.

Daha sonra, tədbirdə iştirak edən vətəndaşların sualları cavablandırılaraq, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Tədbirin sonda xatirə şəkilləri çəkilmişdir.

İlahə Məmmədova,
“Sosial Dövlət Naminə” İctimai Birliyin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri









































OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR