17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
Bu gün, noyabr ayının 13-də Beynəlxalq Mətbuat Mərkəzində “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işinin aparılması məqsədilə Lerik, Astara, Xaçmaz və Şabran rayonlarında yaşayan 100 (bir yüz) nəfər gənc və gənc ailə üzvünün iştirakı ilə keçrilən təqdimat tədbirlərinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçrildi.
Emtv.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi.
“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri və layihə rəhbəri Dünyaxanım Əliyeva layihənin həyata keçrilməsinə maliyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbirə qatılan iştirakçılara öz minnətdarlığını bildirdikdən sonra layihə çərçivəsində görülən işlər haqqında məlumat verərək bildirdi ki, Lerik, Astara, Xaçmaz və Şabran rayonlarında yaşayan 100 (bir yüz) nəfər gənc və gənc ailə üzvünün iştirakı ilə təqdimat tədbirləri keçrildi, onlar arasında ailə dəyərlərimiz təbliğ edildi və regonlarda olan mövcud vəziyyət rayon ictimayyəti nümayyəndələri ilə müzakirə edildi. Mövcud problemlərin həlli istiqamətində hər bir görüşdə təkliflər səsləndirildi. Bizdə layihə komandası olaraq həmin təklifləri ümumiləşdirdik. Bu gün sizlərə müzakirə etdikdən sonra burdan olacaq yeni təkliflərlə birlikdə adiyyatı dövlət orqanlarına göndərəcəyik. Hər birinizi bu müzakirələrdə fəal olmağa çağırıram.
“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
Daha sonra çıxış edən layihənin eksperti Nəsimi Məmiyev bildirdiki, uzun ömürlüyü və özünə xas xüsusiyyətləri ilə seçilən Azərbaycan ailəsi bu gün kənar təsirlərin nəticəsində deqradasiyaya uğrayır. Bu isə gələcəkdə dövlətimiz və millətimiz üçün ciddi problemlər yaşada bilər. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyət isə güclü dövlət deməkdir. Biz gələcəkdə də dövlətimizi güclü, cəmiyyətimizi isə sağlam dəyərlər üzərində formalaşmasını istəyiriksə bu gün ki, Azərbaycan ailələrinə sahib çıxmalı, onları kənar təsirlərdən qoruyaraq uzun ömürlü ailə ənənələrimizə sahib çıxmalıyıq. Layihə rəhbərinin köməkçisi Taleh Əliyev hazırlanan təklifləri iştirakçıların diqqətinə çatdırdı.
1. Ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında bir başa maariflənmə işinin aparılması üçün bundan sonrada bu tip layihələrin milli donorlar tərəfindən dəstəklənməsi;
2. Televiziya və radiolarda ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsi mövzusunda maarifləndirici verlişlərin hazırlanıb yayımlanması;
3. Yeni çəkilən yerli seriallarda ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsinin təbliğ edilməsi;
4. Müasir Azərbaycan ədəbiyyatında ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsinin təbliğ edilməsi;
5. Ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün müvafiq dövlət qurumları tərəfindən monitorinqlərin aparılması və təxirə salınmaz tədbirlərin həyata keçrilməsi;
6. Ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsi üçün ölkə qanunvericiliyinin təkminləşdirilməsi;
7. Ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsi üçün orta təhsil müəssələrində maarifləndirmə işlərinin aparılması.
Sonra mövzu ətrafında müzakirələr davam etdirildi. İştirakçıların təklifləri nəzərə alınaraq belə bir ideya irəli sürüldü ki, Azərbaycanda ailə dəyərlərimizi qorumaq, inkişaf etdirmək və təbliğ etmək məqsədilə QHT, KİV və ziyalılardan ibarət bir koalisiya təsis olunsun. Həmin koalisiya gələcəkdə bu istiqamətdə davamlı və məqsədyönlü iş aparsın.
Emtv.az