SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

31-12-2022, 21:02 | Oxunub: 20 307 |



Bu gündə Birliyimiz tərəfindən Vətənimizin müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla yad edilir, ruhlarına dualar oxunaraq, səlavatlar çevirilir.

Emtv.az xəbər verirk ki, İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, təşkilatın sədri Faiq Əhmədov qarşıdan gələn və Ali bəşəri hisslərin sevincini yaşadan, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Xalqımızı təbrik edib.

Təbrikdə Deyilir!

Hörmətli və Dəyərli Dünya Azərbaycanlıları!
Əziz Şəhidlərimizin Ailə Üzvləri və Qazilərimiz!


Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il artıq bir neçə ildir ki, ölkəmizdə və dünya da böyük ruh yüksəkliyi ilə qarşılanır. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərərək ordumuzun və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu.

Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı və milli-birliyimiz, mənəvi dəyərlərimizin tərkib hissəsi olan həmrəyliyimiz hər zaman uca tutuldu.

Bu gündə Birliyimiz tərəfindən Vətənimizin müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla yad edilir, ruhlarına dualar oxunaraq, səlavatlar çevirilir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı,"Sosial Dövlət Naminə" İctimai Birliyinin hər bir üzvünü Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, ölkəmizə daima sülh, əmin-amanlıq, ailələrə xoşbəxtlik, xalqımıza can sağlığı, ruzi-bərəkət arzulayırıq!

Bayramınız mübarək olsun!

Allah Şəhidlərimizin Məqamını Uca, Etsin! Amin!

İlahə Məmmədova
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri























































OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR