20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
NAXÇIVANIN BAKIDAKI NÜMAYƏNDƏLİYİ HƏMRƏYLİK GÜNÜNÜ QEYD ETDİ
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
"EMTV.az" xəbər verir ki, Nümayəndəlikdən bildiriblər ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə miras qoyduğu Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən danışıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşliyinin və Vətənə sədaqətinin rəmzi olduğunu deyib. Bildirib ki, 31 dekabr dünyada yaşayan bütün azərbaycanlıların birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib. Bu əziz günün yaradıcısı ümummilli liderimiz Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dünya azərbaycanlılarının gününün təsis olunmasının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Həmin vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Bəxtiyar Əsgərov həmin bayramın yaranmasının məhz Naxçıvanla bağlılığından söhbət açıb və hazırda bu önəmli işin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirib.