SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ULU ÖNDƏRLƏ BAĞLI KONFRANS KEÇİRİLDİ

24-12-2015, 15:51 | Oxunub: 13 985 |

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ULU ÖNDƏRLƏ BAĞLI KONFRANS KEÇİRİLDİ
Naxçıvan Dövlət Universitetində (NDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans keçirilib.

"EMTV.az" xəbər verir ki, NDU-nun mətbuat şöbəsindən bildirilib ki, konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycan xalqının milli həmrəyliyinin və yekdilliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan parlamenti tərəfindən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

Dövlətin xaricdə yaşayan soydaşlarımızın sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün gördüyü tədbirlərdən danışan rektor qeyd edib ki, Ümummilli Liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporumuzun yaradılması siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

“Dünya azərbaycanlılarının həmrəyliyi və Azərbaycan iqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış edən universitetin iqtisad fakültəsinin dekanı, dosent Teymur Abbasov deyib ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdudur. Dünyanın bir çox ölkələrində məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.

Ali təhsil ocağının Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev “Ulu öndər Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusundakı məruzəsində dahi liderin azərbaycançılıq, dövlətçilik ideyalarının təbliği, vətənpərvərlik ruhunun möhkəmlənməsi istiqamətində gördüyü misilsiz işlərdən danışıb.

Konfransda iqtisad fakültəsinin akademik məsləhətçisi Ruhəngiz Əliyevanın “Gənclik və həmrəylik”, tələbələrdən Nəsrin Əliyevanın “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası”, Ülvi Quluzadənin “Dünya azərbaycanlılarının həmrəyliyi tələbələrin gözü ilə” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər milli mənəvi özünəqayıdışın, birliyin rəmzi olan həmrəylik bayramının 24 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edərək, xoş arzularını bildiriblər.

Konfransın sonunda universitet tələbələri tərəfindən hazırlanan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş qısametrajlı film nümayiş olunub

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ULU ÖNDƏRLƏ BAĞLI KONFRANS KEÇİRİLDİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR