SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR

29-10-2022, 19:29 | Oxunub: 34 251 |



“Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədovun rəhbərliyi ilə “Azərbaycan sosial dövlətə doğru” adlı layihə çərçivəsində vətəndaşlarla görüşlər və ictimai müzakirələr davam edir.

Emtv.az xəbər verir ki, Birliyin mətbuat xidmətindən verilən məlumata görə, 29 oktyabr 2022-ci il tarixində SDNİB sədri və layihə rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülər və ekspertlərdən ibarət işçi qrupunun üzvləri Bakı şəhərində növbəti tədbir keçirib.

Növbəti ictimai müzakirə, fəaliyyət planına uyğun olaraq, Bakı şəhəri Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının akt zalında təşkil edilmişdi.

Tədbirdə xüsusi dəvət olunan qonaqlar - Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir İsmiyevlə yanaşı, “Sosial Dövlət Naminə” İctimai Birliyinin rəhbərliyində təmsil olunanlar - Qadınlar Şurasının sədr müavini, II Qarabağ - Vətən müharibəsinin şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, İB-nin sədr müavini, yazışı-publisist Rauf İlyasoğlu, şəhid Saleh Əliyevin anası Solmaz Əliyeva, hər iki Qarabağ müharibəsinin iştirakçısı, hərbi ekspert Tahir Məmmədov, İdarə Heyətinin üzvü, qazi Saleh Hacıyev, veteran, ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov, gənc müğənni Sənan Cəlilov, həmçinin QHT üzvləri, ictimai fəallar, qazilər, şəhid ailələrin üzvləri, digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq iştirakçıları, qonaqları və şəhid ailələrin üzvlərini salamladı.

Dövlət himni səslənəndən sonra Ümummilli Lider Heydər Əliyevin, eyni zamanda Vətənimiz və ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bəxtiyar müəllim öz geniş çıxışında 8 Noyabr Zəfər Günü və YAP-ın qarşıdan gələn 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.

Daha sonra gənc ifaçı Sənan Cəlilov Ulu Öndər Heydər Əliyevə ittihaf etdiyi musiqi kompozisiyasını iştirakçıların alqışları sədası altında ifa etdi. Çıxışlara keşməmişdən əvvəl QHT tərəfindən layihə çərçivəsində Bərdə rayonunda keçirilən ilk tədbirin videoçarxı nümayiş olundu.

Bəxtiyar Nəbiyev “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsi çərçivəsində hazırlanan kitabın vətəndaşlara göstərilən hüquqi xidmətlərindən danışdıqdan sonra çıxış üçün söz təşkilatın sədri, layihə rəhbəri Faiq Əhmədova verildi.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədov çıxışında rəhbəri olduğu təşkilatın çoxminli üzvü adından dəvətlərini qəbul edib gələn qonaqları, eləcə də tədbir iştirakçılarını salamladı. Çıxışçı qeyd etdi ki, bu gün keçirilən tədbir bir neçə əlamətdar hadisə ilə üst-üstə düşür: fürsətdən istifadə edərək qarşıdan gələn 8 Noyabr möhtəşəm Zəfər bayramı münasibətilə Azərbaycan xalqına təbriklərini ünvanladı.

O möhtəşəm tarixi qələbəmizin əsas memarı - Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev başda olmaqla, ölməz şəhidlərimizə, zabit və hərbiçilərimizə bizə yaşatdığı o şanlı Qələbəyə görə fəxrlə minnətdarlığını çatdıran F.Əhmədov, eyni zamanda Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə qalxanların ölməz ruhları qarşısında baş əydiyini, qazilərimizə sevgilərini çatdırdığını söylədi.

Çıxışçı onu da xüsusi vurğuladı ki, “Müasir Azərbaycanımızın memarı, Ümummilli Lider Heydər Əliyevin yaratdığı, ölkəmizin tarixində silinməz iz buraxmış Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini xalqımız sevinclə qarşılayır. Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin liderliyi ilə bu partiyanın Azərbaycanımızın inkişafında, Qarabağ - Vətən müharibəsinin qələbəsində, dövlət müstəqilliyimizin qorunmasında əvəzsiz rolu vardır. Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətin bəhrəsini, II Qarabağ - Vətən müharibəsində bir daha gördük.

Fürsətdən istifadə edib Yeni Azərbaycan Partiyasının yaranması münasibətilə Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev başda olmaqla, bütün xalqımızı ürəkdən təbrik edirəm. Eyni zamanda da ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına hər zaman göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə təşkilatımız adından təşəkkürümüzü çatdırırıq.

Qeyd etmək istəyirəm ki, Azərbaycan vətəndaşlarının sosial rifahı həmişə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən çox diqqət ayırdığı ümdə sahələrdən biridir. Elə ona görə də Prezident İlham Əliyev 10 mart 2020-ci ildə yeni seçilmiş Milli Məclisin ilk sessiyasında etdiyi çıxışı yada düşür: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir”.

Prezidentin insanların rifah halının yüksəlməsinə yönələn bu aydın siyasi xətti hər bir vətəndaşın yaxşı yaşamasına, ölkəmizin daha da çiçəklənməsinə hesablanıb. Biz də bundan həvəslənərək hazırladığımız ikiaylıq layihəmiz çərçivəsində insanların öz sosial hüquqlarını daha yaxından tanıması, onların öz sosial vəziyyətləri ilə bağlı bilgilər əldə etməsi üçün buklet və məlumatlandırıcı kitabçalar çap etmiş, onları vətəndaşlar arasında yayırıq. Bu gün tədbirdə sizlərə təqdim etdiyimiz kitabçalar və bukletlər əsasən maarifləndirici vasitə kimi nəzərdə tutulub.

Kitabçalarda verilən məlumatları bilmək və onlardan istifadə etmək əhali üçün, xüsusən də daha çox bölgələrdə yaşayan vətəndaşlar üçün əsl sosial bilgi bazası rolunu oynayır.

İnsanların öz sosial-iqtisadi və hüquqi haqlarını anlamaları, bilmələri üçün özündə əsas dövlət qurumlarının, vacib nazirliklərin, digər idarə və müəssisələrin əlaqə telefonları, “Qaynar xətt” nömrələri, həmçinin elektron poçt ünvanları bu kitabçada verilibdir. Eyni zamanda kitabçada vətəndaşlara, lazım olduqda, sosial və digər problemlərlə bağlı dövlət qurumlarına, müxtəlif nazirliklərə, idarələrə, təşkilatlara və digər instansiyalara hansı məsələ üçün necə müraciət etmələri izah olunmaqla yanaşı, ərizə formalarının yazılış qaydaları ilə bağlı bilgilər də yer almışdır.

Layihə komandamız tərəfindən 500 tirajla nəşr olunan bu kitabça və bukletlər əhalinin ən müxtəlif təbəqələrində olan insanlara, o cümlədən şəhid ailələrinə, Qarabağ -Vətən müharibəsində iştirak edən döyüşçülərimizə və qazilərimizə, eləcə də ayrı-ayrı bölgələrdə keçirilən görüşlər zamanı rayon sakinlərinə təqdim olunub. İnanırıq ki, insanlarımız üçün böyük əhəmiyyət daşıyacaq bu nəşrlər bölgələrdə əhalinin stolüstü kitabına çevriləcəkdir.

Sonda onu da vurğulamaq istəyirəm ki, təlimdə iştirak edən “Sosial Dövlət Naminə” İctimai Birliyinin 10 nəfər gənclərdən ibarət könüllülər komandası formalaşdırılıb. Eyni zamanda könüllülər komandasının digər iştirakçılardan seçilmələri üçün xüsusi olaraq 10 ədəd köynək və papaq hazırlanıb.

Layihəmiz bu gün Bakı şəhəri də daxil olmaqla, Bərdə, Kürdəmir, Ağcabədi, Xaçmaz rayonlarında, həmçinin Mingəçevir və Xudat şəhərlərində həyata keçirilmişdir. Bir daha torpaqlarımız, azadlığımız, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şəhidlərimizin ruhları şad olsun!

Diqqətinizə görə təşəkkür edirəm...”

Sonra Birliyin sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru Rauf İllyasoğlu çıxış edərək layihə çərçivəsində nəşr olunan məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə tədbir iştirakçılarına geniş məlumatlar verdi, vətəndaş -dövlət münasibətləri istiqamətində bu günə qədər gördükləri işlərdən danışdı.

Rauf İlyasoğlu onu da bildirdi ki, QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən layihə çərçivəsində müxtəlif istiqamətlərdə apardıqları fəaliyyət növlərinin ictimai əhəmiyyəti yüksəkdir. Şəhid və qazi ailələrinin üzvləri qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları xüsusi qabardan çıxışçı bu yöndə dövlət başçımız İlham Əliyevin ölkəmizdə apardığı sosial siyasətini birmənalı şəkildə dəstəklədiklərini bildirdi.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Birliyin Qadınlar Şurasının sədr müavini Xatirə İsmayılova, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir İsmiyev, ehtiyatda olan zabit, hərbi ekspert Tahir Məmmədov, şəhid anası Solmaz Əliyeva, İdarə Heyətinin üzvü, qazi Saleh Hacıyev, ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Tədbirdə layihə üzrə 80 nəfər vətəndaşın iştirakı nəzərdə tutulsa da, 100-dən çox ictimai fəal iştirak edirdi. Vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin, yaradılan şəraitdən faydalanma yolları haqqında geniş məlumatlar onların diqqətinə çatdırıldı. Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.

Yeri gəlmişkən onu da bildirək ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi verdiyi, 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsi silsilə tanıtım, ictimai müzakirə formatında geniş ictimaiətə təqdim olunur.


İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri























































OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR