"Esmamedia TV"-internet kanalında yayımlanan "Bizim Dost"
verilişinin növbəti çəkilişi xeyriyyə aksiyasına həsr olunacaq.
Emtv.az xəbər verir ki, bu gün 18 mart 2019-cu il tarixində "Azərbaycanın Səsi" İctimai Birliyinin ofisində birliyin İdarə Heyətinin üzvüləri: “Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini və “Qadınlar Şurası”nın sədri Almaz xanım Allahverdiyeva, "Azərbaycanın Səsi" İctimai Birliyinin ictimaiətlə əlaqələr şöbəsinin müdiri Nəzrin xanım Abbaszadə, Bakı şəhəri Nizami rayon təşkilatının sədri İlqar Qocayev, Bakı şəhəri Sabunçu rayon təşkilatının sədri İsmayıl İsmayılov, Suraxanı rayon təşkilatının sədri Ənvər Həsənov, Gənclərlə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Nuranə xanım Sahib qızı və Gənclərlə Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun üzvü Elnur Ramiz oğlu iştirak edərək tam tərkibdə müşavirə keçirtmişdilər.
Müşavirədə "Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini Almaz xanım Allahverdiyeva məlumat vermişdir ki, bu il üç ay ərzində cəmi 21-ailə "Azərbaycanın Səsi" İctimai Birliyinə müraciət edərək, maddi durumlarının ağır və yardıma ehtiyaclarının olduqlarını bildirmişdilər.Müraciətlər komsiya üzvüləri tərəfindən araşdırılmış və onlardan 14-ailə seçilmişdir.Bununla bağlı "Azərbaycanın Səsi" İctimai Birliyinin İdarə heyəti müvafiq qərar qəbul etmişdir.
Müşavirənin sonunda "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov çıxış etmişdir. Öncə birliyin sədri Azərbaycan Xalqını Novruz bayramı münasibəti ilə təbrik etmiş, daha sonra, müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildirmiş və idarə heyətinin qərarını təsdiq etmişdir. Həmin qərara əsasən "EsmaMedia TV"-internet kanalında yayımlanan "Bizim Dost" verilişinin 23 mart tarixində baş tutacaq növbəti çəkilişinə həmin ailələrin nümayəndələri dəvət olunacaq və onlara ərzaq yardımı təqdim ediləcək.
Xatırladaq ki, "Esmamedia TV"-internet kanalının İcraçı Drektoru Almaz xanım Alıqız, Layihə Rəhbəri və Baş Redaktoru məşhədi Faiq Əhmədovdur. "Azərbaycanın Səsi" ictimai birliyinin ictimaiətlə əlaqələr
şöbəsinin müdri Nəzrin xanım Abbaszadə.Emtv.az