17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə hazırlanmış və 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
7 mart 2019-cu il tarixində “EsmaMedia TV” internet kanalının studiyasında “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə hazırlanmış və 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Emtv.az xəbər verir ki, hər zaman olduğu kimi, bu bayram tədbirinə də tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, dövlət qurumlarının təmsilçiləri, ictimai birlik rəhbərləri və ictimaiyyət nümayəndələri də qatılmışdılar.
İlk növbədə bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Gününü münasibətilə səmimi qəlbdən təbrik edən “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədov öz çıxışında qeyd etmişdir ki;
Əziz dostlar və dəyərli qonaqlar.
- Bu gün mən əlbəttə ki, ilk növbədə tədbirimizə toplaşan xanımlarımızı salamlamaq istəyirəm.
- Hörmətli xanımlar, qeyd olunduğu kimi, bizim bugünkü tədbirimiz 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.
- Bu münasibətlə sizi, başda Azərbaycan Respublikasının Birinci vitse-pezidenti Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirəm.
- Qeyd etməyə bilmərəm ki, bu gün müasir Azərbaycan xanımının əsil ləyaqətli, işgüzar və eyni zamanda ailəcanlı simasının bütün dünyaya olduğu kimi təqdim olunmasında məhz Mehriban xanım Əliyevanın danılmaz, müstəsna rolu vardır.
- Azərbaycan qadınının nəcib və qürurlu, mərhəmətli və şəfqətli və bütün bunlarla yanaşı iti zəkaya, müasir düşüncə tərzinə, yüksək diplomatik keyfiyyətlərə malik olan obrazını da dünya ictimaiyyətinə məhz Mehriban xanım Əliyeva tanıtmış, bununla da özünün müsəlman və Türk dünyası qadınları arasında lider mövqeyini bir daha təsdiq etmişdir.
- Hörmətli xanımlar, bir daha hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə can sağlığı, ailə səadəti və bütün işlərinizdə uğurlar diləyirəm.
Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədov bu dəfə də öz ənənələrinə sadiq qalaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunmuş tədbirdə iştirak edən xanımlarımızdan “İraq-Azərbaycan Mədəni Əlaqələr” ictimai birliyinin sədri Tahirə xanım Məmmədovaya, "Dünya, Ana və Uşaqlar" ictimai birliyinin sədri Dünya xanım Əliyevaya, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini və “Qadınlar Şurası”nın sədri, tanınmış yazarımız və gözəl şairəmiz Almaz xanım Alıqızı Allahverdiyevaya, "Azərbaycanın Səsi" İctimai Birliyinin Mədəniyyət şöbəsinin müdiri, Müğənni Vəsilə xanım Quluyevaya, “Azərbaycanın Səsi” İctimai Birliyinin Sumqayıt təşkilatının sədri, şairə Tahirə xanım Hüseynovaya, "Azərbaycanın Səsi" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Emtv.az saytının əməkdaşı Nəzrin Xanım Abbaszadəyə, "EsmaMediaTV" internet kanalının və "Azərbaycanın Səsi" İctimai Birliyinin tədbirlərinin aparıcısı və fəal üzvü Nuranə Xanım Sahib Qızına, şairə Tahirə Xanım Qafarovaya, şairə Tamella Xanım Qurbanovaya, AYB-nin üzvü, şairə Həcər xanım Qəbələliyə, şairə Yasəmən Xanım Əliyevaya, Zübeydə Rzayevaya, Sevda İbrahimliyə, Püstə Hüseynovaya, Püstə Sahib qızına, şəxsi vəsaitləri hesabına xüsusi mükafatlar və hədiyyələr təqdim etmişdir.
Sonda bir daha fürsətdən istifadə edib “EsmaMedia TV” internet kanalında yayımlanan “Bizim Dost” verilişinin aparıcısı Nuranə Sahib qızı qonaqlar adından, bu gözəl tədbirin ərsəyə gəlməsinə görə, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədova və “Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini və “Qadınlar Şurası”nın sədri, Almaz xanım Alıqızı Allahverdiyevaya xüsusi təşəkkürünü bildirmişdir.
Tədbirin gedişatı zamanı xatirə şəkilləri də çəkilmişdir.
"Azərbaycanın Səsi" İctimai Birliyinin "İctimaiətlə Əlaqələr Şöbə"sinin müdiri
Nəzrin Abbaszadə.
Foto müxbir:Zakir Müslümov
Emtv.az.