17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun təşəbbüsü ilə Qurban bayramına həsr olunmuş növbəti xeyriyyə aksiyası keçirilmişdir - FOTOLAR
Emtv.az xəbər verir ki, “EsmaMedia TV” internet kanalının studiyasında təşkil olunmuş bu dəfəki tədbir müqəddəs Qurban bayramına həsr olunmuşdur.
Tədbirin təşəbbüskarı və təşkilatçısı "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin və İraq-Türkmən Yazarlar Birliyinin üzvü, tanınmış yazar-publisist, şair Faiq Əhmədov olub.
Tədbiri giriş nitqi ilə açan Faiq Əhmədov ilk növbədə qonaqları, eləcə də bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik etmişdir.
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri qeyd etmişdir ki, xeyriyyəçilik, ehtiyacı olanlara yardım mövzusunda cəmiyyətimizin məhz ziyalı təbəqəsinin digərlərinə də örnək olması xüsusilə vacib bir məqamdır.
Daha sonra öz çıxışında avqust ayının 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününün olduğunu xatırladan Faiq Əhmədov bu münasibətlə də öz ürək sözlərini söyləmişdir:
“Əziz dostlar, hörmətli tədbir iştirakçıları!
Bildiyiniz kimi avqust ayının 26-da Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Hamımıza məlumdur ki, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti və millət vəkili kimi doğma Vətənimizin yüksəlişi, Azərbaycanın xoşbəxt və təminatlı gələcəyi naminə göstərdiyi çoxşaxəli fəaliyyəti ölkəmizə, xalqımıza həqiqətən də misilsiz tövhələr bəxş edib.
Həmçinin Mehriban xanım Əliyevanın deputat kimi göstərdiyi geniş beynəlxalq fəaliyyəti də Azərbaycanın beynəlxalq nüfuzunun daim artmasına, müxtəlif ölkələrdə dostlarımızın çoxalmasına xidmət edib.
Bu gün isə, Mehriban xanım Əliyeva artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkəmizin və xalqımızın rifahı naminə daha geniş əhatədə öz fəaliyyətini davam etdirir.
Onun təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası və ümumiyyətlə bəşəriyyət üçün olan xidmətləri Mehriban xanım Əliyevanı bu gün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderinə çevirib.
Fürsətdən istifadə edib, şəxsən öz adımdan və bütün buraya toplaşan dostlarımızın adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı, gözəl ailəsilə birgə sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayıram!”
Sonra tədbir iştirakçıları Qurban bayramının mahiyyəti barədə geniş müzakirələr aparmış, bu əsasda İslam dininin birlik, bərabərlik və yardımsevərlik carçısı olması bir daha xüsusilə vurğulanmışdır.
Çıxış edənlərdən Nazirlər Kabineti yanında itgi və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Yazarlar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şair-Publisist Firdovsi Kazımov, "Azərbaycanın Səsi" İctimai Birliyinin Mədəniyyət şöbəsinin müdiri, tanınmış müğənni Vəsilə Xanım Quluyeva, "Dünya" ictimai birliyinin sədri və "Dünya TV" - internet kanalının rəhbəri Dünya xanım Əliyeva, Bir neçə Kitabın müəllifi tanınmış yazar, Şairə-Publisist Sədaqət şıxlı, Bir Kitabın və Dörd Antalogiya müəllifi olan, tanınmış yazar, Şairə-Publisist Əfşan Yusif qızı, "Azərbaycan Səsi" İctimai Birliyinin Nizami rayon təşkilatının sədri İlqar Qocayev, "Azərbaycanın Səsi" İctimai Birliyinin üzvü, yazar-Şairə Sevda xanım İbrahimli, bir neçə kitabın müəllifi tanınmış Şairə-Publisist Tahirə Məğrur, yazar-publisist Sevil Əliyeva, "Esma-Media TV" İnternet kanalının İcraçı Drektoru, "Müstəqil Lider" jurnalının şöbə müdiri Fəridə xanım Abdullayeva( Fəridə Yaşar), "Azərbaycan Yeni Nəsil" hüquqşunaslar cəmiyyətinin üzvü, Tanınmış hüquqşunas Aybəniz Həsənova, Tanınmış Şairə-Publisist Zibeydə Xanım və Azərbaycan Ədəbiyyatında tanınmış Şairə-Publisist, 10-a yaxın kitabın müəllifi, Telli xanım Borcali, qeyd etmişlər ki, bu kimi tədbirlər digər KİV və elektron informasiya vasitələri üçün də örnək olmalı və imkanlı şəxslərin cəmiyyətin daha az təminatlı üzvlərinə yardım göstərmələri hər cür təqdir olunmalıdır.
Tədbirin gedişində studiyaya dəvət olunmuş 20-yə yaxın aztəminatlı ailələrin nümayəndələrinə ərzaq yardımı təqdim olunmuşdur.
Qeyd edək ki, şəffaflığın tam təmin olunması məqsədilə yardımların təqdimatı eyni zamanda "Azərbaycanın Səsi" İctimai Birliyi tərəfindən yaradılmış xüsusi komissiyanın və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.
Bundan başqa tədbirdən öncə qurbanlar kəsilmiş və onların da əti tədbirin gedişi zamanı şəriət qanunlarına uyğun olaraq, studiyaya dəvət olunmuş ehtiyacı olan insanlara paylanmışdır.
Tədbirə mətbuat nümayəndələri də dəvət almışdılar.
Hazırladı: İlahə Məmmədova;
Çəkiliş və Fotolar: Zakir Müslümova məxsusdur.
Emtv.az