17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR
"Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri Faiq Əhmədovun və Şəhid Ailələri, Əlillər və Müharibə Vetranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədovun təşkilatçılığı ilə Şəhid Ailə üzvlərinin, Qarabağ Vətən müharibəsi döyüşçülərinin, Qazilərin, vətəndaş cəmiyyətinin ictimai fəallarının iştirakı ilə bu gün Bakı şəhər Yasamal rayon, 2-ci Şəhidlər Xiyabanında keçirilən ictimai dəstək aksiyası zamanı QHT rəhbərləri bəyanat qəbul ediblər.
Emtv.az xəbər verir ki, "Sosial Dövlət Naminə" İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirirlir ki, Qeyri-Hökumət təşkilatlarını təmsil edən şəhid ailələrinin, qazilərin, ekofəalların, könüllülərin və media mənsubları tərəfindən qəbul edilən
Bəyanatda deyilir!
Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri aksiyanı dəstəklədiyimizi bəyan edirik.
Vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar olaraq biz Azərbaycanda fəaliyyət göstərən çoxsaylı Qeyri-Hökumət təşkilatlarının nümayəndələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə keçirilən aksiyaya öz dəstəyimizi ifadə edirik.
Zəmanəmizdə ətraf mühitin qorunması, milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur.
Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatlığımızı çatdırırıq.
Bütün dünyada ciddi narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən – Azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik. Qeyd edilən ərazilərdəki Rusiya sülhməramlı kontingenti tərəfindən qanunsuz fəaliyyətə şəraitin yaradılmasını və sistemli ekoloji terrorun qarşısının alına bilməməsini sülhməramlıların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisi hesab edirik.
Azərbaycan ictimaiyyətinin haqq səsinə qoşularaq tələb edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji aktivistlərin təhlükəsizlikləri təmin olunmaqla Qızılbulaq qızıl yatağına, Dəmirli mis-molibden yatağına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılsın.
Tələblərimiz yerinə yetirilməyənə qədər ekoaktivistlər və ictimai liderlərlə həmrəylik nümayiş etdirərək, mütəmadi dəstək aksiyalarımizi davam etdirəcəyik.
Hörmətlə: “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov,
Şəhid Ailələri, Əlillər və Müharibə Vetranlarının Müdafiəsi İctimai Birliyinin, sədri Hərbi Eksper Tahir Məmmədov,
Media Məlumat Mərkəzi MMC-nin baş direktoru Rövşən Qasımov
Şəhid Ailə üzvlərinin, Qarabağ Vətən müharibəsi döyüşçülərinin, Qazilərin, vətəndaş cəmiyyətinin ictimai fəalları.