SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar

6-10-2022, 20:41 | Oxunub: 33 936 |



“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri və layihə rəhbəri Faiq Əhmədov “Azərbaycan sosial dovlətə doğru” mövzusunda layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində həyata keçirilməsi üçün regionlarda vətəndaşlarla görüşlərini davam etdirir.

Emtv.az xəbər verir ki, 6 oktyabr 2022- ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dovlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu Xudat şəhərinə səfər etmişlər.

Layihə çərçivəsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Xudat şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin akt zalında, fəaliyyət planına uyğun olaraq, ictimai müzakirə təşkil edilmişdir.

Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, şəhərin geniş ictimaiyyət nümayəndələrindən, Xaçmaz regioanal Mədəniyyət idarəsi, Xudat şəhər Heydər Əliyev muzeyinin direktoru Könül Ramazanova, şəhid Xəqani Əsgərovun anası, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Xudat şəhəri üzrə Qadınlar Şurasının sədri Lalə xanım Əsgərova, Xaçmaz Regional Mədəniyyət İdarəsi Xudat şəhər Mədəniyyət evinin direktoru Elnarə xanım İskəndərova, həmçinin QHT–nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirildi və Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Faiq müəllim, “Sosial Dövlət Naminə” İctimai Birliyinin son iki ildə gördüyü əvəzsiz xidmətlərdən danışdıqdan sonra cıxış üçün sözü təşkilatın sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyas oğluna vermişdir.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədr müavini Rauf İlyasoğlu təşkilatın “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsi barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə geniş məlumat vermişdir.

Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin Xudat şəhər Təşkilatının Qadınlar Şurasının sədri Lalə xanım Əsgərova, Xudat şəhərinin ictimaiət nümayəndələrindən şəhid İlqar Hüseynlinin həyat yoldaşı Vəfa xanım Hüseyinli, Qarabağ qazisi Asim Məmmədbəyov, şəhid Elsəvər Yarıyevin qardaşı Elgün Yarıyev, Uşaq Gənclər İnkişaf Mərkəzinin rəssamı Firudin müəllim Həvəskar söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirmişdilər.

Çıxışçılar vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər. Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.

Məlumatda o da xususilə qeyd edilir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dovlətə doğru” mövzusunda layihəsi geniş ictimaiətə təqdim olunur.

İlahə Məmmədova
"Sosial Dövlət Naminə" İB-nin,
İctimaiətlə əlaqələr şöbəsinin müdiri

























OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR