17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
QHT Qubada tədbir keçirdi
"Müasir Azərbaycan Qadını” İctimayi Birliyi Qubada tədbir keçirib. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə həyata keçirilən tədbir “Vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyon xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qadınlar və gənclər arasında sanitar maarifinin təşkili” adlı layihəsi çərçivəsində baş tutub.[i][/i]
Quba Mədəniyyət Mərkəzində baş tutan tədbirdə çıxış edən layihə rəhbəri Kəmalə Muradlı layihə barəsində danışıb. Bildirib ki, Layihənin əsas məqsədi vərəm, hepatit, İİV/QİÇS kimi infeksion xəstəliklərinin sanitar qaydalara əməl etməyən vətəndaşlara daha tez yoluxmasını nəzərə alaraq, vaxtında müayinədən keçməməyin, aşkar olunan xəstələrə qarşı düzgün və lazımı qaydada müalicə almamağın, xəstəliyi gizlətməyə çalışmanın və digər bu kimi hərəkətlərin daha da ağır nəticələr verəcəyini bildirməklə vətəndaşlarımızı infeksion xəstəliklər barəsində profilaktikası, müalicəsi haqqında tədbirlərin həyata keçirilməsində fəal iştirakçı olmağa dəvət etməkdir.
Onun sözlərinə görə, tədbirlərin həyata keçirilməsinin məqsədi qadınlar və gənclər arasında maarifləndirmə işi aparmaqla onların sanitariya qaydalarına əməl etməsinə çalışmaq, xəstələri inandırmaq yolu ilə müalicəyə getməsinə, sağlamların isə müayinədən keçməyə təşviq etməkdir.Layihənin vəzifəsi əhalinin müxtəlif qrupları arasında maarifləndirmə işlərini həyata keçirməklə onları müayinədən keçməyə təşviq etmək və digər üsullarla yoluxma hallarının azalmasına nail olmaqdır. Layihənin bu bölgələrdə həyata keçirilməsində məqsədi müəyyən edilmiş rayonların Rusiya Federasiyası ilə həmsərhəd olması və mətbuatda gedən məlumatlara və mövcud statistikaya görə infeksiyon xəstəliklərin tez-tez baş verdiyi rayonlardır.
K.Muradlı onu da vurğulayıb ki, layihənin icrasından təlimlərdə iştirak edən 3 rayon hər birindən 40 nəfər olmaqla cəmi 120 nəfər qadınlar, gənclər və onların valideynləri birbaşa faydalanacaqdır. Təlimlər müxtəlif quruplar üzrə cəlb olunmuş qadınlar və gənclər, habelə gənclərin valideyinləri üçün infeksion xəstəliklərin yaranma səbəbləri və növləri, önləndirilməsi yollarına dair maarifləndirici tədbir keçiriləcəkdir.
Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova tədbir iştirakçılarına sözügedən xəstəliklər barəsində geniş məlumat verdi. Təlimçi eyni zamanda xəstəlikdən qorunmağın yolları barəsində gəncləri maarifləndirdi.
Tədbir iştirakçıların suallarını cavablandırmaqla başa çatıb.