17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hava-damcı yolu ilə keçən xəstəliklərlə bağlı təhlükə - Bağçalarda işləyənlərə...
"Hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısının alınması üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət həyata keçirilməlidir".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib.
Penitensiar müəssisələrdə vərəmlə mübarizə ilə bağlı əldə olunan nəticələrin yüksək olduğunu deyən R.Mehdiyev qeyd edib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 126, 2005-ci illə müqayisədə 11, 2015-ci illə müqayisəfə 2 dəfə az olub.
Onun sözlərinə görə, bu il nazirliyin ixtisaslaşmış müalicə müəssisəsində həm vərəm, həm hepatit, həm də İİV virusuna yoluxmuş 3 məhkum dünyasını dəyişib.
"Cəzaçəkmə müəssisələrində həm vərəm, həm də hepatit olan kontingentə rast gəlinir. Bu halda mübarizə aparmaq daha çətin olur. Biz bu xəstəliyin hər ikisi ilə mübarizə aparmalıyıq. Biz vərəm və İİV-lə mübarizə ilə bağlı beynəlxalq layihələr vasitəsilə əlavə vəsait cəlb edə bilirik, amma hepatitlə bağlı buna nail ola bilmirik".
Elnur Abbasov
Emtv.az