17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir” – Kamran Əliyev
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir”.
Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşü çərçivəsində keçirilən I plenar iclasda baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, Azərbaycan 2004-cü ildən başlayaraq beynəlxalq səviyyədə antikorrupsiya konvensiyalarına qoşulub, qanunvericiliyini təkmilləşdirib: “Azərbaycanda üç pilləli məhkəmə sistemi var. Məhkəmə-Hüquq Şurası bu sahədə önəmli qurumdur. İdarəçilikdə şəffaflığa gəlincə, hüquq-mühafizə orqanlarına işə əməkdaşlar test yolu ilə qəbul edilir, eyni zamanda elektron hökumət, “ASAN Xidməti” qeyd etmək vacibdir.
Azərbaycanda iki antikorrupsiya qurumu – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mövcuddur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yeganə cinayət təqibi orqanıdır”.
K. Əliyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar QHT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.
Emtv.az