SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Regionlarda “Azərbaycan Sosial Dovlətə Doğru” Layihəsinin İctimai Müzakirəsi Davam Edi-Fotolar

5-10-2022, 20:32 | Oxunub: 30 765 |



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində dəstək verdiyi, “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi ikiaylıq “Azərbaycan sosial dovlətə doğru” mövzusunda layihəsi ilə əlaqədar bölgələrdə tədbirləri davam edir.

Emtv.az xəbər verir ki, 5 oktyabr 2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dovlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə layihə komandası Xaçmaz rayonuna səfər etmişdir.

Xaçmaz rayon, Heydər Əliyev Mərkəzinin Akt zalında, fəaliyyət planına uyğun olaraq, rayon ictimaiyyətinin, rəhbərlikdə təmsil olunan şəxslərin, şəhər sakinlərinin, şəhid və qazi ailə üzvlərinin iştirakı ilə geniş ictimai müzakirə təşkil edildi. İctimai müzakirədə Bakıdan gələn qonaqlarla yanaşı, Xaçmaz rayon İcra Hakimiyyətinin məsul şəxsləri Vətən müharibəsi qazisi, ehtiyyatda olan mayor Tariyel Didarov, Cavid Arzumanov, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru, tərəqqi medallı Könül xanım Əskərova, 3 qat dünya çempionu, şəhid Kərəm Veyisovun anası, “Sosial Dövlət Naminə” İctimai Birliyin, Xaçmaz rayon üzrə Qadınlar Şurasının sədri Nərgiz xanım Veyisova həmçinin QHT-nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himni səsləndirildi.

Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Faiq Əhmədov “Sosial Dövlət Naminə” İctimai Birliyinin son iki ildə gördüyü işlər haqqında məlumat verdi.

Natiq bildirdi ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində müxtəlif istiqamətdə apardığımız geniş fəaliyyətin ictimai əhəmiyyəti çox yüksəkdir.

Şəhid və qazi ailə üzvlərinin qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları hər zaman dəstəkləyirik.

Sosial sahədə Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirən dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi proqramları xüsusi olaraq yada salmaq istəyirəm.

Bir İctimai Təşkilat olaraq hər zaman Prezident İlham Əliyevin sosial sahələrdə gerçəkləşdirdiyi siyasəti dəstəkləyirik. Təşkilatımızın üzvlərinin əsas hissəsi şəhid anaları, onların ailə üzvləri, qazilər, keçmiş hərbiçilərdir.

Hər zaman çalışırıq ki, onların qayğısına qalaq. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər zamanı əldə etdiyimiz təcrübələr bu layihəni həyata keçirən zaman bizim işimizə yarararlı oldu.

Sonra cıxış üçün söz təşkilatın sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğluna verildi.

Rauf İlyasoğlu təşkilatın həyata keçirdiyi layihə barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet haqqında ətraflı məlumat verdi.

Daha sonra Xaçmaz rayon İcra Hakimiyyətinin məsul şəxsləri Vətən müharibəsi qazisi, ehtiyyatda olan mayor Tariyel Didarov, Cavid Arzumanov, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru, tərəqqi medallı Könül xanım Əskərova, 3 qat dünya çempionu, şəhid Kərəm Veyisovun anası, “Sosial Dövlət Naminə” İctimai Birliyin, Xaçmaz rayon üzrə Qadınlar Şurasının sədri Nərgiz xanım Veyisova, şəhid Rəhim İmamovun anası Yasəmən xanım İmamova, şəhid Sərxan Mirzəmmədovun anası Bibixanım xanım Mirzəmmədova, şəhid Fərid Seyfullayevin bacısı Fəridə xanım Seyfullayeva, II Vətən Müharibəsinin Qazisi Rəfail Aslanov, Xaçmaz Xalq Teatrının üzvü Dilarə xanım Rüstəmova, şair Məhərrəm Mustafayev, söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər.

Çıxışçılar vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər.

Tədbirdə, eyni zamanda, Xaçmaz rayon sakinlərininn sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.

Bir daha qeyd edirik ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dovlətə doğru” layihəsi ilə regionlarda davamlı tədbirlər keçirir.


İlahə Məmmədova
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri









































OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR