17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Diqlas"ın söküntüsü gələn həftə yekunlaşa bilər - FOTO
Bakının Nizami rayonunda yanğının baş verdiyi "Diqlas" ticarət mərkəzinin söküntüsü gələn həftə yekunlaşa bilər.
Emtv.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, işlərin 50 faizindən çoxu artıq başa çatıb:
"Hazırda 4 mərtəbəli tikilidən sökülməli olan yalnız zirzəmi, birinci mərtəbə qalıb. Demək olar ki, ikinci mərtəbənin sökülməsi də yekunlaşmaq üzrədir, qalan yalnız sütunlardır. Belə güman edirik ki, növbəti həftəyə söküntü işləri yekunlaşacaq".
İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərkəzindən çıxan tullantı materialları iki ünvana göndərilir: "Söküntü zamanı çıxan əsasən çınqıl, qum, daş və dəmir materiallardır. Tullantılar isə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna və müqavilə ilə razılığa gəlinən digər əraziyə aparılır".
Qeyd edək ki, "Diqlas" ticarət mərkəzində martın 26-da yanğın baş verib. Hadisə zamanı ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Aprelin 4-də mərkəzin sökülməsi ilə bağlı qərar verilib.
Aynurə Kərimova,
Emtv.az.