SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakıda tutulan iş adamı əmisini ələ verdi - “Hər il 200 min dollar...” - FOTO

5-07-2019, 17:47 | Oxunub: 28 308 |



Bakıdakı "Aksesuar İnşaat" mağazalar şəbəkəsinin sahibi, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə bağlantılı olan türkiyəli iş adamlarına qarşı aparılan əməliyyatda tutulub Türkiyəyə təhvil verilən Murad Qənbəroğlu barəsində istintaq tamamlanıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, xəbər verir ki, onun barəsində Ankara Cümhuriyyət prokurorluğu tərəfindən silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.

İttiham aktına əsasən, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən FETÖ ilə əlaqəli şirkətlərlə bağlı aparılmış təhqiqatlar nəticəsində ölkədəki inşaat şirkətinin bu təşkilatla bağlantılı olduğu təsbit edilib. İttiham aktında deyilir ki, Murad Qənbəroğlunun əmisi, "Aksesuar Group" Türkiyə şirkətinin sahibi olan Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nün Azərbaycandakı şəbəkəsinə daxil olub.

M.Qənbəroğlu Fətullah Gülənin təlimatı ilə təriqətə məxsus "Bank Asya" bankına 891 min TL yatırıb. Şübhəli isə öz ifadəsində deyib ki, həmin vəsaiti əmisi Selamet Qənbəroğlunun təlimatı ilə banka yatırıb. O, hazırda ABŞ-da olan əmisinin təşkilata hər il 200 min dollar himmət pulu ödədiyini də bildirib.

Bakıda tutulan iş adamı əmisini ələ verdi - “Hər il 200 min dollar...” - FOTO

Selamet Qənbəroğlu

"Azərbaycanda himmət pullarını Hamza Kabaca adlı təşkilat mənsubu toplayırdı. Əmim bu adama himmət adı ilə pul verirdi. "Aksesuar Group"un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyərdi", - Qənbəroğlu ifadəsində deyib.

Qeyd edək ki, Türkiyə şirkəti olan "Aksesuar Group" ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir, Bakıda inşaat materiallarının, santexnika mallarının və s. satıldığı "Aksesuar İnşaat" adlı bir neçə mağazaya sahibdir.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR