17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda 5 minə yaxın nikaha daxil olmaq istəyən gənc tibbi müayinədən keçib
Ötən il Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində nikaha daxil olmaq istəyən 4 min 985 gənc tibbi müayinədən keçib. Bu ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən nikaha girəcək gənclərin hepatit B və C ilə bağlı müayinəsi də aparılır.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, gənclər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində və Naxçıvan Muxtar Respublika Xəstəxanasının hemotoloji bölməsində tibbi müayinədən keçirlər.
Xəstəxananın həkimi Adil İbrahimov bildirib ki, hazırda dünyada hepatit, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və digər yoluxucu xəstəliklər geniş yayılıb. Xəstəlik nikah bağlayan şəxslərdə olarsa, digər şəxslərə də yayıla bilər. O deyib: “Bizim mərkəzdə 150-dən çox analiz aparılması mümkündür. Gənclər nikahdan əvvəl mərkəzə gəlib analiz verirlər. Bu, yeni qurulan ailənin sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir”.
Emtv.az