SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda gənclər arasında sağlam həyat tərzi təbliğ olunur

1-12-2017, 15:23 | Oxunub: 8 988 |

Naxçıvanda gənclər arasında sağlam həyat tərzi təbliğ olunur

Naxçıvan Muxtar Respublikasında insanların QİÇS-ə yoluxma səviyyəsi aşağı həddədir. Lakin əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-lə mübarizəni aktuallaşdırır. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkarlanması məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan şəxslər laborator müayinələrə cəlb edilir.

Bu xəstəliklə yaşayan şəxslərə profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi işinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi fəaliyyət göstərir. Mərkəzin yeni binasında QİÇS-lə mübarizə şöbəsi üçün də müasir iş şəraiti yaradılıb, ən müasir laboratoriya avadanlıqları quraşdırılıb.

Bu gün muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslərin hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinələri diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, muxtar respublika Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi tərəfindən bu ilin ötən dövründə 32 min 778 nəfər müayinə olunub, QİÇS-ə yoluxma halları qeydə alınmayıb. Həmçinin bu dövrdə QİÇS-lə mübarizə şöbəsinin həkimləri tərəfindən nikaha daxil olmaq istəyənlərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilib. Bu tədbirlərin həyata keçirilməsində məqsəd nikaha daxil olmaq istəyən şəxslərdə xəstəliklərdən hər hansı biri aşkar edilərsə, həmin xəstəliyin ailə qurduqdan sonra yarada biləcəyi fəsadların aradan qaldırılması, uşaqların, habelə ailənin digər üzvlərinin riskli hallardan qorunmasını təmin etməkdən ibarətdir.

Maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Buna görə də muxtar respublikada profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi, əhalinin sağlam həyat tərzi də diqqət mərkəzində saxlanılır.

Muxtar respublikada son illər müasir təhsil və idman infrastrukturu yaradılıb, gənclərin asudə vaxtının səmərəli təşkili təmin edilib, ən ucqar dağ kəndlərində zəngin fonda malik kitabxanalar istifadəyə verilib. Bu da ölkəmizin gələcəyi olan gənclərin savadlı, dünyagörüşlü və sağlam böyüməsinə imkan verir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR