18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada epidemioloji vəziyyət sabitdir
Muxtar respublikada iyun ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən EMTV.az-ın yerli mətbuata istinadən verdiyi məlumatda bildirilib ki, yeni doğulmuş uşaqların 98,7 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıblar. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 32 min 130 kvadratmetr sahədə dezinfeksiya və 22 min 560 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.
Uşaq və yeniyetmə müəssisələrində, məktəblərdə monitorinqlər, eyni zamanda, maarifləndirici tədbirlər aparılıb.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən hepatit virusu ilə yoluxmaların qarşısının alınması məqsədilə vətəndaşlarla birbaşa ünsiyyətdə olan xidmət obyektlərində – stomatoloji müəssisələrdə, oyun zallarında, ictimai iaşə və satış bazarlarında, ərzaq istehsalı və digər xidmət obyektlərində sanitar-gigiyenik qaydalara əməl olunmasına, işlədilən alətlərin sterilizasiya edilməsinə, obliqat qrup kimi işçilərin tibbi müayinədən keçmələrinə, dezinfeksiya işləri ilə bağlı monitorinq aparılıb, müvafiq tədbirlər görülüb.
İyun ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 77 su, 17 yuyuntu və 1015 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 366, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 84, kommunal sahələr üzrə 92, sürücülük üzrə 2 nəfər olmaqla, bütövlükdə, 544 nəfər müayinədən keçib.
Əhalinin sanitar-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.
EMTV.az