18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
HƏMRƏYLİK GÜNÜ KANADADA
Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti Kalqari şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil ediblər.
"EMTV.az" xəbər verir ki, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun üzvü Dipak Obray və digərləri iştirak ediblər.
Mərasimdə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin yeni seçilmiş prezidenti Famil Qarayev qurumun gördüyü işlər, həyata keçirdiyi tədbirlər və əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev tədbirdə çıxış edib, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərliyinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Dipak Obray deyib ki, Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun üzvü olmaq onun üçün böyük şərəfdir.
Mərasimdə Kalqari şəhərində fəaliyyət göstərən “Azerbaijan Heritage Dance Academy”, “Calgary Stars”, “Cücələrim” qrupları tərəfindən Azərbaycan musiqiləri səsləndirilib.