20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
ULU ÖNDƏRİN XATİRƏSİ AKTAU ŞƏHƏRİNDƏ ANILIB
Azərbaycanın Qazaxıstandakı Baş konsulluğu Aktau şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirib.
"EMTV.az" xəbər verir ki, Baş konsulluğun mətbuat xidmətindən məlumat veriblər ki,tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin və “Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngerü, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən danışıb.
“Dostluq” milli-mədəni cəmiyyəti sədrinin müavini Vaqif Əliyev Ümummilli Liderin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən söz açıb.
Tədbirdə iştirak edən məktəblilər və tələbələr Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.
Daha sonra “Heydər Əliyev – Azərbaycan xalqının böyük oğlu” mövzusunda inşa yazı müsabiqəsinin yekunları elan edilib. Qaliblərə Baş konsulluğun fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayış etdirilib.