18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ULU ÖNDƏRİN XATİRƏSİ KAUNASDA YAD EDİLİB
Dekabrın 9-da Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi tərəfindən Kaunas Texnologiya Universitetində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
"EMTV.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Həsən Məmmədzadə Ulu Öndərin şanlı həyat yoluna nəzər salıb və müasir müstəqil Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Ulu öndər Heydər Əliyevin bütün mənalı həyatını dövlətimizin inkişafına həsr etdiyini deyən H.Məmmədzadə Ümummilli Liderin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsünün məhz onun tərəfindən irəli sürüldüyünü vurğulayıb. Səfir bildirib ki, keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbə Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin həyat və fəaliyyətini müasir Azərbaycanın inkişafından ayrı təsəvvür etmək mümkün deyildir. Ulu Öndərin əsasını qoyduğu və həyata keçirdiyi böyük layihələr müstəqil Azərbaycanın tərəqqisinə xidmət edir.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.