SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ

9-12-2015, 17:12 | Oxunub: 9 025 |

ULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ
Dekabrın 9-da Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib.

"EMTV.az" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin anım günü ərəfəsində keçirilən budəfəki seminarın mövzusu “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” olub.

Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyevaya bildirib ki, artıq bu seminarlar ənənəvi olaraq keçirilir. “Heydər Əliyev irsi: elmi-praktiki seminarlar” layihəsi çərçivəsində bu günədək “Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti,” “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlət idarəetmə modeli” mövzularında məruzələr dinlənilib. Seminarlardakı məruzələri ümummilli lider Heydər Əliyevi yaxından tanıyan, onunla birlikdə işləmiş şəxslər, tanınmış elm və ictimai xadimlər təqdim edirlər. Çıxışlar, dinlənilən müxtəlif xatirələr ulu öndər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin öyrənilməsi və yeni nəslə ötürülməsinə geniş imkan yaradır.

Qeyd edilib ki, Heydər Əliyev gənc yaşlarından ədəbiyyata bağlı olub, həm Azərbaycan, həm də digər xalqların şair və yazıçılarının yaradıcılığına böyük maraq göstərib. Dahi şəxsiyyət gənclik illərində Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, həmçinin türk ədəbiyyatından Tevfiq Fikrətin, rus ədəbiyyatından Aleksandr Puşkinin və digərlərinin əsərlərini dönə-dönə oxuyub. Ədəbiyyata maraq, diqqət, qayğı Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün xas olub.

Elmi-praktik seminarda çıxış edən Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb. Baş nazirin müavini bildirib ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli Lider bütün sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına da xüsusi diqqət və qayğı göstərirdi. Ulu Öndərin şair və yazıçılara olan diqqətindən danışan Elçin Əfəndiyev hələ sovet dövründə bu dəstəyin şahidi olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyev hər zaman şair və yazıçıların sağlamlığı, onların müalicəsi, ev şəraiti və bu kimi digər məsələlərə qayğı ilə yanaşıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına bələdliliyi yalnız Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəmlə əlaqədar deyildi. Ümummilli lider, eyni zamanda, klassik ədəbiyyatı dərindən bilirdi.

Baş nazirin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə müdrik qərarı ilə Azərbaycanı türk dünyasının mədəniyyət mərkəzinə çevirdi. Bu yubileyin Azərbaycanda keçirilməsi yalnız ictimai, ədəbi hadisə deyildi. Bu, eyni zamanda, böyük siyasi hadisə idi.

Bildirilib ki, Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmizin sürətli inkişafına nail olub. Ümummilli Liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeni qoruyub saxlayır.

Elçin Əfəndiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətlərinə dair sənədli əsər yazmaq niyyətində olduğunu bildirib.

Seminarda iştirakçıların sualları cavablandırılıb.


ULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ
ULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ
ULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİULU ÖNDƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR