18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ULU ÖNDƏRİN XATİRƏSİNƏ XOREQRAFİYA AKADEMİYASINDA BƏDİİ KOMPOZİSİYA NÜMAYİŞ OLUNUB
Dekabrın 10-da Bakı Xoreoqrafiya Akademiyasında müasir və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ömrünü xalqına bəxş edən lider” adlı bədii kompozisiya nümayiş edilib.
"EMTV.az" xəbər verir ki, tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətindəki misilsiz xidmətlərindən bəhs edib.
Rektor bildirib ki, Heydər Əliyev hər zaman xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və incəsənətinə qayğı ilə yanaşıb. Ümummilli Liderin incəsənət xadimləri ilə hər bir görüşünün əlamətdar hadisəyə çevrildiyini qeyd edən T.Əfəndiyev, onun bir dövlət başçısı kimi hər zaman sənətkarlara qayğı göstərməsindən söz açıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat yolunu tərənnüm edən yeddi hissəli bədii kompozisiya nümayiş olunub. Böyük maraqla qarşılanan kompozisiya “Ana”, “Yetkinlik”, “İki qəlbin sevgisi”, “Quruculuq”, “Cıdır düzü”, “Qələbəyə doğru” və “Əbədiyyət” adlı hissələr daxildir.
Qeyd edək ki, kompozisiyanın quruluşçu xoreoqrafı Xalq Artisti Yusif Qasımov, bədii rəhbəri Əməkdar Artist Sənan Hüseynlidir.