17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri Faiq Əhmədov Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Sizi doğum gününüz və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəhbərlik etdiyim “Azərbaycanın Səsi” İctimai Birliyinin bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm!
Və qeyd etmək istəyirəm ki, Sizin hakimiyyət illərinizdə ölkəmizin dinamik iqtisadi inkişafı, sürətlə modernləşməsi, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnən yeni tariximizin ən işıqlı və şərəfli səhifələri yazılmaqdadır. Məhz Sizin ən mötəbər beynəlxalq qurum və təşkilatların kürsülərindən səslənən inamlı, cəsarətli və məntiqi çıxışlarınız, ölkəmizin milli mənafelərini hər zaman qətiyyətlə qorumağınız, müstəqil xarici siyasət yürütməyiniz sayəsində bu gün müstəqil Azərbaycanımız dünya dövlətləri tərəfindən bərabər hüquqlu tərəfdaş kimi qəbul edilir, qlobal problemlərlə bağlı dövlətimizin mövqeylərinə, rəyinə hörmətlə yanaşılır.
Möhtərəm cənab Prezident!
Diqqətinizə çatdırmaq istərdim ki, “Azərbaycanın səsi” İctimai Birliyi 2016-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Yarandığı gündən təşkilatımız respublikanın ictimai həyatında aktiv iştirakı ilə seçilib. Müxtəlif aktual məsələlərə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsi, sosial əhəmiyyətli layihələrin reallaşdırılması, xarici ölkələrdə fəaliyyət göstərən ictimai qurumlarla mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə maksimum dəstək verilməsi “Azərbaycanın Səsi” İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlər olub.
Eyni zamanda da “Azərbaycanın Səsi” İctimai Birliyi ölkəmizdə qeyd olunan bütün əlamətdar günlərdə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirib. Dünya azərbaycanlılarınıın həmrəylik günü, Novruz bayramı, Qürtuluş günü, Qurban bayramı və bir çox digər əlamətdar günlərə həsr olunmuş belə tədbirlərə hər zaman ölkə ictimaiyyətinin nümayəndələri o cümlədən ziyalılar, elm və mədəniyyət təmsilçiləri, ictimai birlik rəhbərləri də cəlb ediliblər.
Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin doğum gününə, Prezident seçkilərinə, həmçinin Ulu Öndərin anım gününə həsr olunan xeyriyyə tədbirləri hər zaman xüsusi coşqu və daha böyük ruh yüksəkliyi ilə keçirilib. Belə tədbirlərin əsas məramı isə, aztəminatlı ailələrə yardım göstərmək, onların zəruri ehtiyaclarının ən azından bir hissəsini ödəmək olub. Qeyd etmək istərdim ki, indiyədək “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri kimi, təşkilatçılığım ilə keçirilmiş belə tədbirlərdə ümumilikdə 451 şəhid, qaçqın və məcburi köçkün ailələrinə, əlil və sadəcə imkansız insanlara ərzaq yardımı təqdim olunmuşdur.
Həmçinin 11 dekabr 2018-ci il tarixində “Azərbaycanın Səsi” İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş növbəti xeyriyyə tədbiri keçirilib. Tədbirdə tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, dövlət qurumlarının təmsilçiləri, ictimai birlik rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk növbədə Fəxri Xiyabana yollanaraq Ulu Öndərin məzarını ziyarət etmiş, Azərbaycan xalqının dahi övladının əziz xatirəsini ehtiramla yad etmişlər.
Bundan sonra tədbir davam etdirərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılır. “Azərbaycanın səsi” İctimai Birliyi bu dəfə də öz ənənələrinə sadiq qalaraq, tədbirin sonunda 20 imkansız ailəyə ərzaq yardımı təqdim etmişdir.
Möhtərəm cənab Prezident!
Sizi bir daha doğum gününüz və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür, möhkəm can sağlığı, gözəl ailənizlə birgə firavanlıq və doğma Azərbaycanımız adına yeni-yeni parlaq qələbələr arzu edirəm!
Dərin hörmət və ehtiramla
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri
Məşhədi Faiq Əhmədov