SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı

25-06-2019, 01:32 | Oxunub: 15 261 |

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov "Günəş" şirkətinə məxsus 732 kvadrat metrlik qeyri-yaşayış sahəsini onun rəhbərinin əlindən almaqda ittiham olunur.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, müəssisənin rəhbəri Əsgər Məmmədov A.Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Göstərib ki, 2008-ci ildə onların arasında bağışlanma müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Nobel prospektində yerləşən binanın iki mərtəbəsində (5-ci mərtəbədə 364, 6-cı mərtəbədə 368 kv. metr) yerləşən qeyri yaşayış sahələrini Ə.Məmmədov A.Mahmudova bağışlayır.

Ə.Məmmədov məhkəmədə bildirib ki, həmin əmlakı o dövrdə 1 milyon 600 minə satmaq istəyib. Eldar Mahmudovun oğlu isə atasının vəzifəsindən sui-istifadə edib, həmin əmlakı onun əlindən alıb, pulunu da ödəməyib. Rəsmiləşdirmək üçünsə bağışlanma müqaviləsi bağlanıb.

Ə.Məmmədov həmin müqavilənin də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən A.Mahmudovun adına verilmiş çıxarışların da ləğv olunmasını istəyib.

Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını ləğv edib, Ə.Məmmədovun xeyrinə qərar çıxarıb. A.Mahmudovun vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də onun şikayətini təmin edərək, aşağı instansiyanın qərarını ləğv edib. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

İkinci dəfə bu işə baxan apellyasiya məhkəməsi bu dəfə fərqli qərar çıxarıb – Ə.Məmmədovun şikayəti təmin edilməyib, A.Mahmudovun xeyrinə olan qərar qüvvədə saxlanılıb.

Ümid Abdullayev,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR