17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Eldar Mahmudovun əmisi oğlu ev dustaqlığına buraxılmadı
Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun məhkəməsi başlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan prosesdə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib. Dövlət Təhülkəsizlik Xidməti mülki iddiaçı kimi tanınıb.
Digər zərərçəkmişlər - Zaur Əzimov 320 min, Sahib Qurbanov isə 100 min manatlıq mülki iddia qaldırıblar. 3 milyon pulu alınan zərərçəkmiş, "Bakı Metropoliteni"nin sabiq sədri Tağı Əhmədov isə prosesdə iştirak etməyib. Vəkillərin V.Mahmudovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.
Proses mayın 15-də davam etdiriləcək.
V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.
Seymur Rəhimov
Emtv.az