18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazim İbrahimovun qardaşının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi başlayıb.
Emtv.az yerli KİV-ə istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, S. İbrahimov 1971-ci ildə Naxçıvan şəhəri, Babək rayonu, Nehrəm kəndində anadan olub. Ali təhsilli olan S. İbrahimov hazırda işsizdir və fərdi biznes fəaliyyəti ilə məşğuldur.
O bildirib ki, vəkili prosesdə iştirak etmir: "Telefon zənglərimizə cavab vermir".
Zərərçəkmişlərdən Etibar Allahverdiyev məhkəmədə iştirak edib. O, istintaq zamanı 162 min 400 dollarlıq maddi ziyana görə, 50 min manat isə mənəvi ziyana görə mülki iddia qaldırıb.
Proses noyabrın 28-də davam etdiriləcək.
S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.
O, 52 nəfərə 2 milyon manat "atmaq"da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.
S. İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.
Sevinc Alimova
Emtv.az
Paylaş.