17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiya işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.
Emtv.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.
Üç fəsil, nəticə, xülasə və ədəbiyyat siyahısından ibarət olan yeni nəşr Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr edilib. Monoqrafiyada Naxçıvanın dialekt və şivələrinin, zəngin dil faktları əsasında söz yaradıcılığının müqayisəli-tipoloji, struktur-semantik təhlili verilib, həmçinin ədəbi dillə əlaqəsi və digər bu kimi məsələlər ətraflı araşdırılıb.
Tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti, o cümlədən xalqımızın soykökü, etnoqrafiyası üçün xüsusilə faydalıdır.
Monoqrafiya gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi mənbədir.
İlkanə
Emtv.az