17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Naxçıvanın əlyazma mətnlərindən bəhs edən monoqrafiya işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı yeni monoqrafiyası işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən mətbuata bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri - filologiya üzrə elmlər doktoru, professor Sənan İbrahimov və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.
Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq bu əsərdə XIX əsrin sonu - XX əsrin əvvəlləri Naxçıvana dair əlyazma qaynaqları, onların təsvir prinsipləri, filoloji-tekstoloji təhlili və digər səciyyəvi xüsusiyyətləri araşdırılıb. Müəllif 30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələri sistemli tədqiqata cəlb edib.
Monoqrafiyada Əbu Bəkr ibn Xosrov əl-Ustadın “Munisnamə”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” kitabları, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaidi-fəlsəfə” əsərləri, Heyran xanımın “Divanı”, Cəlil Məmmədquluzadənin müxtəlif məktubları və “Molla Nəsrəddin” jurnalının gizli müəllifləri, Türkiyə Cümhuriyyətindəki “Osmanlı arxivi”ndə saxlanılan “Naxçıvan sancağı” adlı əlyazmalar və digər əsərlər filoloji-tekstoloji təhlil olunub.
Nəşrdə, həmçinin Herodotun “Tarix” kitabından “Astiyaq” və “Tomiris” əfsanələrinin, “Oğuznamə” və “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanla və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla əlaqəsindən danışılır.
XIX əsrin sonu - XX əsrin əvvəllərinə dair Naxçıvan əlyazmaları ərəb əlifbasının müxtəlif xətt növləri ilə yazılıb və həmin əlyazmalar Naxçıvanın ərazisi, əhalisi, toponimləri, etnik tərkibi, elmi, ədəbiyyatı, mədəniyyəti barəsində zəngin məlumat verir və bütün bunlardan sözügedən kitabda ətraflı bəhs olunur.
Emtv.az