SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Müqəddəs məkan Naxçıvan” kitabı işıq üzü görüb

17-01-2017, 15:11 | Oxunub: 13 458 |

“Müqəddəs məkan Naxçıvan” kitabı işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın “Müqəddəs məkan Naxçıvan” kitabı işıq üzü görüb.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabda müəllifin son illər Naxçıvan haqqında yazdığı bədii əsərləri, publisistik və elmi məqalələri yer alıb. Əsərlər Naxçıvanın orta əsrlərdən başlayaraq müasir dövrümüzədək keçdiyi kəşməkəşli yolu özündə əks etdirir. 270 səhifəlik yeni nəşrin ilk səhifələrində “Əcəmi” povesti, Möminə Xatun pyesi və hekayələr oxuculara təqdim olunur.

Publisistik məqalələr bölməsində tanınmış naxçıvanlı alim, təbib, şair, sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar işıqlandırılıb. Tanınmış naxçıvanlılardan Baba Nemətullah, Nəcməddin, Əkmələddin, Əmirəddin Məsud, Əhməd Əli oğlu əl-Hafiz, Osman Salman oğlu Naxçıvani və digərlərinin həyat və yaradıcılıqları əks olunub. Sözügedən bölmədə müxtəlif illərdə yaşayıb-yaradan Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi naxçıvanlılar barədə məlumatlar verilib.

Kitabda Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna da toxunulur. Gənc tədqiqatçının “Sovet dövründə Naxçıvan ədəbi mühitində Qərb ədəbi ənənəsinin zəifləməsinin səbəbləri və nəticələri”, “Naxçıvan ədəbi mühitində Qərb amili”, “Məhəmməd Tağı Sidqinin ədəbi-elmi pedaqoji fəaliyyətində Şərq və Qərb”, “Cəlil Məmmədquluzadə: Şərq-Qərb meyillərindən milli özünəməxsusluğa” və digər elmi məqalələri diqqəti cəlb edir.

Nəşrdə müəllif XIX-XX əsr Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrinin bir neçəsinin yaradıcılıq yoluna nəzər salır, onların əsərlərini ayrı-ayrılıqda təhlil edir və bir tədqiqatçı kimi Naxçıvan ədəbi mühitinin formalaşmasında misilsiz xidmətləri olan və ən əsası o dövrün mühitində yazıb-yaradan dəyərli maarifpərvər yazıçılarımızın əsərlərinin bir sıra məqamlarını “Müqəddəs məkan Naxçıvan”ın oxucusu ilə bölüşür.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR