SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AMЕA–nın Naхçıvan Bölməsində tədqiqata yeni tarixi materiallar cəlb olunub

9-01-2017, 14:19 | Oxunub: 11 529 |

AMЕA–nın Naхçıvan Bölməsində tədqiqata yeni tarixi materiallar cəlb olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan yeni tarixi materiallar tədqiqata cəlb olunub.

Bölmənin informasiya şöbəsindən Azərtac-a bildirilib ki, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor II Kalbalı xan Naxçıvanskinin Rusiyanın paj korpusunda təhsili, polkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin, elmi işçi Elnur Kəlbizadənin topladığı yeni materiallar Rusiya Dövlət Tarix Arxivindən (Moskva), Rusiya Dövlət Hərbi-Tarix Arxivindən (Moskva), Gürcüstan Milli Arxivindən, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanasından, Canaşia adına Gürcüstan Dövlət Tarix Muzeyindən, İngiltərənin Milli Arxivlərindən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivindən əldə olunub.

Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəkildə nəşr olunan, Türk Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və ilk dəfə olaraq tədqiqata cəlb olunan Heydər ağa Şahtaxtinski ilə bağlı məlumatlar da elmi araşdırmaların mövzusu olan yeni materiallar sırasında yer alır.

Qeyd edək ki, tarix boyu Naxçıvan dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzində olub. Böyük güclərin geosiyasi planlarının və rəqabətlərinin nəticəsi olaraq Cənubi Qafqazda milli, etnik münaqişə zonaları yaradılıb və bölgə xalqları bundan ağır yaralar alıb. Böyük güclər tarix boyu erməniləri Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana qarşı təcavüzkar hərəkətlərə təşviq ediblər. Elmi araşdırmalara cəlb edilən 1917-1920-ci illəri əhatə edən arxiv sənədlərində saxtakar ermənilərin Naxçıvana qarşı təcavüzkar siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər var.

Əldə olunan mühüm sənədlərin 60-a yaxını keçən ilin sonlarında nəşr olunan “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyada işıqlandırılıb.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR