SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AMEA Naxçıvan bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib

30-12-2016, 13:33 | Oxunub: 10 986 |

AMEA Naxçıvan bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib
AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən “Naxçıvanın tarixi abidələri” mövzusunda interaktiv dərs keçilib.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, AMEA Naxçıvan bölməsində keçilən və 194 təhsil müəssisəsi şagirdlərinin internet vasitəsilə elektron lövhədən izlədiyi dərs zamanı Vəli Baxşəliyev əvvəlcə muxtar respublikada tarixi abidələrin qeydə alınması və pasportlaşdırılması sahəsində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində olan tarixi və tarixi memarlıq abidələri, arxeoloji tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri Naxçıvanın bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. O, Naxçıvan ərazisində yayılmış Daş, Tunc və Dəmir dövrü abidələrinin xarakterik xüsusiyyətləri haqqında da şagirdlərə məlumat verib. Bildirib ki, xüsusilə son illərdə aparılan arxeoloji tədqiqatlar muxtar respublika ərazisində bir sıra tarixi abidələrlə bağlı faktların daha da dəqiqləşdirilməsinə və yeni abidələrin üzə çıxarılmasına imkan verib.

Naxçıvan ərazisində yerləşən I Kültəpə abidəsində əvvəllər arxeoloq Osman Həbibullayev tərəfindən aparılmış tədqiqatlardan danışan AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev 2013-cü ildən sonra bu abidədə yeni tədqiqatlara başlanıldığını qeyd edib. Aparılan son tədqiqatlar sübut edir ki, I Kültəpə abidəsi bütün Cənubi Qafqazda ən qədim Neolit abidəsidir. Bundan əlavə, dərsdə şagirdlərə Şorsu, Zirincli, Uçan Ağıl, Uzunoba, Ovçular təpəsi, Ərəbyengicə, I Maxta kimi arxeoloji abidələr haqqında da məlumat verilib, bu abidələrdə aparılmış tədqiqatlar, aşkar edilmiş əmək alətləri və digər maddi-mədəniyyət nümunələri şagirdlərə slayd vasitəsilə nümayiş etdirilib. Dərsdə abidələrin yaşının müəyyən edilməsi üçün aparılmış radiokarbon analizlərinin mahiyyəti və nəticələri izah edilib.

AMEA Naxçıvan bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib
AMEA Naxçıvan bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib
Naxçıvanın ən qədim sakinlərinin ətraf regionlarla əlaqələri, köç yolları, antropoloji xüsusiyyətləri barədə də məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Qədim tayfaların yaşayış xüsusiyyətləri, məşğuliyyətləri, həyat tərzləri, inancları ilə bağlı aparılan araşdırmalar sübut edir ki, onlar xalqımızın ulu əcdadları olublar.

İnteraktiv dərs zamanı təqdim olunan müxtəlif fotoşəkillər və xəritələr dərsi izləyən şagirdlər tərəfindən maraqla qarşılanıb.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR