17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AMEA Naxçıvan Bölməsinin illik hesabat yığıncağı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2016-cı ildəki fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA Naxçıvan Bölməsinin il ərzində nəşr etdirdiyi monoqrafiyalardan, kitablardan, elmi məqalə, tezis və konfrans materiallarından, dərman otlarından ibarət sərgiyə baxış olub.
Yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövründə AMEA Naxçıvan Bölməsinin tərkibindəki elmi müəssisələrdə 2016-cı il üçün təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 31 işin yerinə yetirilməsi nəzərdə tutulub. Elmi-tədqiqat işləri 76 mərhələ üzrə tamamlanıb.
İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin ayrı-ayrı institutlarının fəaliyyəti barədə ətraflı məruzə edib. Qazanılan nailiyyətlər elektron lövhədə nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək deyib ki, hər bir cəmiyyətdə elmin inkişafı onun mənsub olduğu dövlətin siyasəti ilə qırılmaz vəhdət təşkil edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə elmin inkişafına çalışıb, daim elmə üstünlük verib. Ulu Öndərin ölkəmizdə elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasıdır. 14 il bundan əvvəl qəbul edilmiş bu mühüm dövlət sənədində Ulu Öndərin muxtar respublikada elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadənin səmərəliliyinin artırılması barədə göstərişləri, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tapşırıqları öz əksini tapıb.
“Akademiyanın Naxçıvan Bölməsinin fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində Ümummilli Liderin göstəriş və tapşırıqlarının icrası istiqamətində ardıcıl tədbirlər görülüb”, – deyən Əli Həsənov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Mərkəzi Aparatı, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Bioresurslar institutları müasir tələblərə cavab verən binalarla təmin edilib. Batabat Astrofizika Rəsədxanası üçün inzibati bina istifadəyə verilib, rəsədxananın teleskop sistemi yenidən qurularaq tam avtomatlaşdırılıb. Həmçinin ötən müddətdə “Nəbatat bağı”nın sahəsi genişləndirilib, inzibati bina ilə təmin edilib və müasir texnologiyaya malik istixana qurulub. Bölmənin Seysmoloji xidmət mərkəzində müasir avadanlıqlar quraşdırılıb, Mərkəzi Elmi Kitabxananın bazasında elektron kitabxana yaradılıb və lazımi avadanlıqlarla təchiz edilib. Bölmədə “Tusi” nəşriyyatı fəaliyyətə başlayıb. Bundan əlavə, “Vətən tarixi”, “Arxeologiya”, “Müəssisələrin təşkili və idarə olunması”, “Fiziki kimya” və “Botanika” ixtisasları üzrə iki dissertasiya şurası yaradılıb. Bu şuraların muxtar respublikada elmi kadr hazırlığında mühüm rolu var.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2009-cu ildə keçirilən hesabat yığıncağında çıxışı zamanı deyib: “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etdirilməlidir. Göstərilən diqqət və qayğıdan nəticə çıxarılmalı, elmi-tədqiqatların faydalı iş əmsalı artırılmalıdır”.
Qeyd olunub ki, verilən tapşırıqların icrası istiqamətində bir sıra işlər görülüb, elmi istiqamətlər yeni arxeoloji materiallarla zənginləşdirilib, təcrübi tədqiqatlara diqqət artırılıb. Ali Məclislə və Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası ilə birgə həyata keçirilən layihələr uğurlu olub, fundamental nəşrlər çap edilərək elmi ictimaiyyətə təqdim edilib. Lakin bütövlükdə yaradılan şəraitdən lazımınca istifadə edilməyib.
Əli Həsənov deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, onun institutlarının və digər tabeli qurumlarının 9 aylıq fəaliyyəti ilə bağlı 2016-cı il sentyabrın 20-27-də aparılan müzakirələr zamanı məlum olub ki, bölmədə kadrların seçilməsi və yerləşdirilməsi işinə tələbkar yanaşılmayıb, ştatların əksəriyyəti boş qalıb. Bunun nəticəsində bəzi şöbələr tam komplektləşdirilməyib, muxtar respublika üçün vacib olan bir sıra istiqamətlər üzrə – memarlıq, şəhərsalma, abidələrin bərpası, toponimika, filiz yataqları, mineral sular və hidrogeologiya ilə bağlı tədqiqatlar aparılmayıb, təkliflər verilməyib. İnstitut və digər tabe qurumların fəaliyyətinə nəzarət düzgün təşkil edilməyib. Müzakirələr zamanı bir daha aydın olub ki, elmi şuraların iclasları əksər hallarda formal xarakter daşıyıb, aktual məsələlər müzakirəyə çıxarılmayıb, şöbələrin elmi fəaliyyətlərinə lazımi tələbkarlıq göstərilməyib. Bir sözlə, elmin inkişafı üçün imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə edilməyib.
Vurğulanıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi müvafiq tədqiqat və elmi nəticələr ilə muxtar respublikadakı inkişafa da öz töhfəsini verə və elmin təcrübəyə tətbiqi sahəsində əməli fəaliyyət göstərə bilməyib. Bölmədə iqtisadi təhlillər aparılmayıb, muxtar respublikanın iqtisadi uğurlarını əks etdirən elmi nəşrlər hazırlanmayıb. Elmi işlərin təşkili və aparılması üçün də tələbkar mühit yaradılmayıb, muxtar respublikanın elmi və kadr potensialından, eləcə də bu işin əlaqələndirilməsi imkanından lazımi səviyyədə istifadə edilməyib. Müzakirələrdən ötən dövr göstərir ki, bəzi elmi işçilər bu müzakirələrin nə üçün aparıldığını hələ də başa düşməyiblər. Hələ də aydın deyil ki, nə üçün toponimikamız, tarixi coğrafiyamız və şəxsiyyətlərimiz öyrənilməli olduğu halda, heç bir xidməti olmayanların şəcərə tarixlərinə bu qədər diqqət və vaxt ayrılır? Bəri başdan deyək ki, bu kimi “təşəbbüslər” elmə xidmət etmir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi işinin daha məhsuldar olması üçün ciddi elmi istiqamətlər və nəşr planları müəyyənləşdirməli, elmi tədqiqatlar şöbə və institutların, eləcə də Rəyasət Heyətinin nəzarətində aparılmalı, işə davamlı və sistemli xarakter verilməlidir. Fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, onların nəticələrinin praktikada tətbiqinə çalışmaq, muxtar respublikanın elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək, gənc kadrlarla işi gücləndirmək lazımdır. Muxtar respublikanın sosial-iqtisadi inkişafı elmi və ətraflı təhlilini tapmalı, milli və mənəvi dəyərlərimiz, xalq yaradıcılığı, etnomühit dərindən araşdırılmalı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin muxtar respublikanın aidiyyəti nazirlikləri ilə əlaqəsi daha da gücləndirilməlidir. Bu ildən muxtar respublika rəhbərinin tapşırığı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi əməkdaşları akademiyanın elektron informasiya mərkəzindən muxtar respublikanın ümumtəhsil məktəbləri üçün interaktiv nümunəvi dərslərin təşkilinə cəlb olunacaqlar. Söhbət alim nümunəsindən gedir. Alim isə elmi dərəcəsi ilə yox, elmə gətirdiyi yenilik, elmə verdiyi fayda ilə tanınmalı, interaktiv dərslərdə əldə olunan elmi nailiyyətlər, elmi fəaliyyət bir nümunə kimi göstərilməlidir. Bu gün elmi-tədqiqat müəssisələrində çalışanlar hər cəhətdən nümunəvi olmağı bacarmalı, öz işgüzarlığı ilə hörmət qazanmalı, əsl ziyalı mövqeyi tutmalı, ictimai fikrə fəal təsir gücünə malik olmalıdırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin qarşısında qoyduğu bu vəzifələr yeni ildə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. 2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.
Sonra AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru Əliəddin Abbasov, Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov, Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev hesabat məruzələri ilə çıxış ediblər.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qeyd edib ki, kollektiv bildirilən haqlı iradlardan nəticə çıxararaq qarşıdakı ildə fəaliyyəti mövcud nöqsanların aradan qaldırılması istiqamətində quracaq, işdə əsl dönüşə nail olacaq.
Emtv.az