SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan” Universitetində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair elmi-praktik konfrans keçirilib

24-11-2016, 09:42 | Oxunub: 18 942 |

“Naxçıvan” Universitetində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair elmi-praktik konfrans keçirilib

“Naxçıvan” Universitetində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı: inkişaf meyilləri və problemlər mövzusunda elmi-praktik konfrans keçirilib.

Emtv.az xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, professor İsmayıl Əliyev müasir dünyada cərəyan edən iqtisadi məsələlərin öyrənilməsinin, yeni şəraitdə iqtisadi fəallığın daha da artırılmasının bu gün aktual mövzu olduğunu bildirib. Rektor vurğulayıb ki, ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının əldə etdiyi iqtisadi inkişaf səviyyəsində istər sahibkarların, istərsə də iqtisadçı kadrların qarşısında mühüm vəzifələr dayanır.

“Aqrar sahədə yeniləşmə və iqtisadi inkişaf” mövzusunda çıxış edən universitetin iqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımov bildirib ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə və muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi həmişə diqqətdə saxlanılır. O qeyd edib ki, hələ ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın sahib olduğu münbit torpaq, su və iqlim ehtiyatlarından səmərəli istifadə edilməklə qısa müddətdə ölkəmiz keçmiş ittifaq səviyyəsində ön sıralara çıxmışdı. Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu və müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrdə aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qısa müddətdə Azərbaycanda ərzaq problemi uğurla həll edildi. Müstəqilliyimizin ilk illərində Naxçıvanda aparılmış uğurlu aqrar islahatlar, ölkəmizdə aqrar sahənin inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlər, torpaq mülkiyyətçilərinin və fermerlərin problemlərinin həll edilməsi hesabına kənd təsərrüfatı sahəsində yeniləşmə və inkişafa nail olunub.

“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə qeyd edib ki, yerli potensialdan səmərəli istifadəyə əsaslanmaqla iqtisadiyyatın şaxələndirilməsi, regionun əmək və təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Bildirilib ki, cari ilin 10 ayının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 1 milyard 999 milyon manatdan, onun bir nəfərə düşən həcmi isə 4470 manatdan çox olub. Muxtar respublikada sahibkarlığın inkişafına verilən diqqətin nəticəsidir ki, hazırda regionda 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Vurğulanıb ki, hazırda naxçıvanlı sahibkarlar ağır sənayedə, kənd təsərrüfatında, turizm və emal sektorunda uğurlu layihələr həyata keçirirlər.

“Naxçıvan” Universitetinin iqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov “Regional inkişaf və iqtisadi təhlükəsizliyin təmin edilməsi problemləri” mövzusunda çıxış edib.

İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aydan Nabatovanın “Ərzaq təhlükəsizliyi” mövzusundakı çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR