17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVANIN SƏNAYE NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLDİ
2015-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 2014-cü ilə nisbətən 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olub. Bu dövrdə muxtar respublikada 917 milyon manata yaxın sənaye məhsulu istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur.
"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən xəbərə görə, bu faktlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib. İclasda çıxış edən nazir Famil Seyidov başa çatmaqda olan ilin muxtar respublika iqtisadiyyatı üçün uğurlu olduğunu, sosial-iqtisadi həyatda mühüm irəliləyişlər əldə edildiyini bildirib.
Qeyd edilib ki, muxtar respublikada reallaşdırılan dövlət proqramlarının uğurlu icrası nəticəsində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül, yeyinti sənayesi və kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi yaradılıb.
Cari ildə Sahibkarlığa Kömək Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 10 milyon 733 min 200 manat həcmində güzəştli kreditlər verilib, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatıb. Muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yeni qurulan müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə çatıb, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilib.
Vurğulanıb ki, 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 403 milyon manata çatıb. Əhalinin ərzaq məhsullarına olan tələbatının il boyu ödənilməsinin təmin edilməsi məqsədilə soyuducu anbarların ümumi tutumu 12 min 730 tona, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana komplekslərinin ümumi sahəsi 113 min 892 kvadratmetrə, uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tona, qısamüddətli taxıl anbarlarının tutumu 43 min 380 tona, taxıl emalı müəssisələrinin sayı 17-yə, ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.