18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVAN MR-da 96,5 MİLYON DOLLARLIQ MƏHSUL İXRAC OLUNUB
Cari ildə Naxçıvan Muxtar Respublikasından 96 milyon 518 min dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən mətbuata bildirilib ki, sahibkarlığa dəstək məqsədilə 2015-ci ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən məhsul istehsalçılarına 19 milyon 604 min manat kredit verilib. Bu, kənd təsərrüfatı məhsulları istehsalının artması ilə yanaşı, ixrac həcminə də müsbət təsir göstərib.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının mühüm əhəmiyyəti nəzərə alınaraq, bu sahəyə xüsusi dövlət qayğısı göstərilir. Məhsul istehsalçılarına güzəştli şərtlərlə müxtəlif təyinatlı texnikalar, yanacaq və gübrələr, həmçinin muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kreditlər verilir. Bu istiqamətdə tədbirlər “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə də diqqət mərkəzində saxlanılıb.