SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Almaniyada “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” kitabı nəşr olunub

16-06-2017, 15:25 | Oxunub: 21 384 |

Almaniyada “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” kitabı nəşr olunub
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” adlı əsəri Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən rus dilində nəşr edilib. Kitabın rəyçiləri AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevdir.

Emtv.az xəbər verir ki, akademiyanın Naxçıvan bölməsinin informasiya şöbəsindən azərtac-a bildirilib ki, əsərin giriş hissəsində Azərbaycanın XX əsr tarixində görkəmli naxçıvanlı diplomatlardan bəhs edən müəlliflər məhz bu şəxsiyyətlərin fəaliyyəti nəticəsində Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanıldığını qeyd ediblər. Əsərdə Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd xan Təkinski, Bəhram xan Naxçıvanski, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, İbrahim Əbilov, Ziya Yusif Talıbzadə, Qasım bəy Camalbəyov, İsmayıl bəy Camalbəyov, Balabəy Əlibəyov, Rza Təhmasib və Əziz Şərif kimi şəxsiyyətlərin diplomatik fəaliyyətindən bəhs olunur.

Kitabda, həmçinin Abbasqulu ağa Bakıxanovun diplomatik fəaliyyətində və yaradıcılığında Naxçıvan məsələsi ilə əlaqədar məlumatlar da diqqəti cəlb edir. Kitabın son bölmələrindən biri isə Azərbaycan-Polşa əlaqələrində Naxçıvanın yeri məsələsinə həsr olunub. Tarixi və diplomatik əlaqələrin kökləri haqqında müxtəlif maraqlı məlumatlara yer verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR