17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanda görkəmli alim Məmmədhüseyn Təhmasibin 110 illik yubileyi qeyd edilib
AMEA Naxçıvan Bölməsində görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.
Bölmənin informasiya şöbəsindən azərtac-a bildirilib ki, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi tərəfindən təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli alimin həyat və yaradıcılığından, folklorşünaslıq sahəsindəki əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirilib ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məmmədhüseyn Təhmasib Azərbaycan tarixinin, etnoqrafiyasının, toponiminin, coğrafiyasının mükəmməl bilicisi olub. Alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli mənbədir. Şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olan alim gərgin zəhməti sayəsində müxtəlif janrlı tədqiqat əsərləri yazaraq nəşr etdirib. Eyni zamanda, o, dastanlarımızın toplanılması sahəsində də ciddi işlər görüb.
Qeyd olunub ki, şifahi xalq ədəbiyyatımızın qədim və zəngin janrı olan dastanlarımızın müxtəlif variantları Məmmədhüseyn Təhmasibin rəhbərliyi ilə yazıya alınıb, 5 cildlik “Azərbaycan dastanları” çap edilib. Kitablarda dastanlarımızdakı adlar araşdırılıb və o adlara aydınlıq gətirilib. Eyni zamanda, onun “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyniadlı filmlər çəkilib, “Bahar”, “Aslan yatağı”, “Çiçəklənən arzular” və digər pyes-nağılları teatr səhnələrində uğurla tamaşaya qoyulub.
Məmmədhüseyn Təhmasib kimi alimlərimizin elmi fəaliyyətlərinin araşdırılmasının Azərbaycan ədəbiyyatının inkişafı baxımından vacib məsələlərdən olduğunu qeyd edən akademik bölmədə cari ildə nəşr edilməsi nəzərdə tutulan “Məmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusunun üzərində işlənildiyini diqqətə çatdırıb.
Elmi konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktoru Yusif Səfərov, institutun folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov, böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov məruzələrlə çıxış ediblər.
Emtv.az