17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı kitabının və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyevanın “Naxçıvanda sənətkarlıq” monoqrafiyasının təqdimatı olub.
Emtv.az xəbər verir ki, Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki kitabın elmi əhəmiyyətini vurğulayıb. Bildirib ki, Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitinə həsr etdiyi kitabda qəzet, jurnal və toplularda müəllifin müxtəlif illərdə çap olunmuş məqalələri sistemləşdirilib.
İsmayıl Hacıyev Sara Hacıyevanın müəllifi olduğu monoqrafiyada Naxçıvan ərazisində orta əsrlərdə yaradılan və bu günə gəlib çatan sənətkarlıq məhsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq və digər nümunələr barədə məlumatların yer aldığını söyləyib. Qeyd edib ki, kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin “Naxçıvanın elmi, ədəbi və mədəni mühitinin tədqiqinə həsr edilmiş qiymətli əsər” və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Naxçıvanda sənətkarlığın inkişafına həsr edilmiş dəyərli əsər” mövzusunda məruzələri dinlənilib.
Daha sonra mövzu ətrafında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov çıxış ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və “Naxçıvanda sənətkarlıq” kitabları bölmənin Elektron kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.
Emtv.az