SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanlı alimlərin kitablarının təqdimatı keçirilib

20-09-2017, 14:44 | Oxunub: 7 002 |

Naxçıvanlı alimlərin kitablarının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevin “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası”, həmin institutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” və institutun böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Loğman Bayramovun və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru Varis Quliyevin həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.

Akademiyanın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən yerli mətbuata bildirilib ki, bölmənin Elektron kitabxanasında keçirilən tədbirdə Varis Quliyev çıxış edərək həmmüəllifi olduğu monoqrafiyada armud sortlarının təsərrüfat-bioloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi kimi məsələlərin öz əksini tapdığını deyib.

“Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” adlı nəşrdə ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası barədə məlumatlar, “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası” adlı kitabda isə əkin zəfəranının iqlimləşdirilməsi ilə əlaqədar aparılan elmi-tədqiqatların nəticələri əks olunub.

Bioresurslar İnstitutunun elmi katibi, biologiya elmləri üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, həmin institutun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sahib Hacıyev, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri biologiya elmləri üzrə fəlsəfə doktoru Ramiz Ələkbərov və digərləri çıxış edərək, nəşrlərlə bağlı öz fikirlərini bölüşüblər.

Emtv.az
Naxçıvanlı alimlərin kitablarının təqdimatı keçirilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR