SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AMEA Naxçıvan bölməsində ilin birinci yarısının yekunları müzakirə edilib

27-07-2017, 14:32 | Oxunub: 10 283 |

AMEA Naxçıvan bölməsində ilin birinci yarısının yekunları müzakirə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirilib ki, ötən il akademiyanın Naxçıvan bölməsinin fəaliyyətində aparılan araşdırmalar zamanı bir sıra çatşımazlıqlar aşkar edilib. Buna görə də 2017-ci il akademiyanın Naxçıvan bölməsi üçün “Dönüş ili” elan olunub, bir sıra tapşırıqlar verilib.

Tədqiqat işləri 6 istiqamət, 7 mövzu, 34 iş üzrə 78 mərhələdə davam etdirilib. Tədqiqat işləri 22 şöbə və 8 laboratoriyada 2 akademik, 5 müxbir üzv, 5 elmlər doktoru, 55 fəlsəfə doktoru, 3 doktorant, 8 elmi işçi olmaqla yerinə yetirilir.

İlin birinci yarısında 22 nəfər işə qəbul edilib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Naxçıvan bölməsi əməkdaşlarından bir nəfərə “elmlər doktoru”, 7 nəfərə “fəlsəfə doktoru” elmi dərəcəsi, 1 nəfərə isə “dosent” elmi adı verilib.

2017-ci ilin birinci yarısında 25 monoqrafiya, 13 kitab, 1 dərslik, 298 elmi məqalə, 123 konfrans materialı və 4 tezis olmaqla əməkdaşların 464 elmi əsəri nəşr edilib. Əsərlərdən 108-i xaricdə çapdan çıxıb. Hesabat dövründə 1 elmi əməkdaşa düşən əsər sayı 6 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 ədəd çoxdur.

Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması istiqamətində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş Üzrə İdarəsi ilə birgə “Naxçıvan:Türk İslam Mədəniyyəti Abidələri” kitabı və “İslamda müdrik kəlamlar” kitablarının hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb, birinci kitab beynəlxalq konfrans ərəfəsində çap olunub.

Bölmədə yerinə yetirilən iki qrant layihəsinə 2017-ci ilin ilk ayında yekun vurulub və 2017-ci il üçün qalib olmuş bir beynəlxalq, 3 respublika səviyyəli qrant layihəsinin icrasına başlanılıb.


Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov məruzə ətrafında çıxış edərək 2017-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR