SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Beynəlxalq Hava Limanında ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

26-07-2017, 13:10 | Oxunub: 15 301 |

Naxçıvan Beynəlxalq Hava Limanında ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Naxçıvan Beynəlxalq Hava Limanında 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

İclasda hava limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək bildirilib ki, 2017-ci ilin ilk 6 ayı ərzində Naxçıvan Beynəlxalq Hava Limanında bir sıra uğurlu layihələr həyata keçirilib.

Müxtəlif təyinatlı xidmətlərin əməkdaşları Milli Aviasiya Akademiyasının “Pilotların hazırlığı mərkəzi”ndə qrafik üzrə tərtib olunmuş kurslarda iştirak edib.

Aviasiya təhlükəsizlik xidmətinin maddi-texniki bazası gücləndirilib, aerovağzal kompleksində əl yükləri və baqajın yoxlanması prosesi beynəlxaq norma və qaydalara uyğun təşkil edilib, uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava limanında təyyarə dayanacaqlarının örtüyünün xüsusi asfalt qatı ilə üzlənməsi prosesi başa çatdırılıb. Hazırda aerovağzalətrafı yolların təmiri işi aparılır.

Mənşur Gülməmmədli bildirib ki, 2017-ci ilin ikinci yarım ilində fəaliyyətimizi beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələrə uyğun quracaq, hava nəqliyyatında xidmətin keyfiyyətinə və uçuşların təhlükəsizliyinin təmin edilməsinə diqqəti artıracağıq.

Aviasiya Təhlükəsizlik xidmətinin rəisi Elnar Əliyev, Daşımaların Təşkili və Koordinasiyası xidmətinin rəisi Amid Zülfüqarov, Uçuşların Elektrik-İşıq Texniki Təminat xidmətinin rəisi Sevindik Novruzov və Aerodrom Təminatı Sahəsinin rəisi İlkin Nəsirov məruzə ətrafında çıxış edərək 2017-ci ilin birinci yarısında görülən işlər barədə danışıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR